SON DƏQİQƏ

PressDent.Info

Seymur Həzi yazılarında həmişə hədəfi dəqiq vururdu

Seymur Həzi yazılarında həmişə hədəfi dəqiq vururdu
29-08-2018, 16:47 7221 dəfə baxılıb

AXCP sədri Əli Kərimli müavini, siyasi məhbus Seymur Həzinin həbsinin 4 ilinin tamamında onunla bağlı gikirlərini fb səhifəsində bölüşüb.

Seymur Həzi yazılarında, analizlərində, “Azərbaycan saatı”ndakı çıxışlarında hər zaman hədəfi dəqiq vururdu. Heç vaxt özünü aldadıb, ölkədəki problemlərin əsas səbəbkarını deputatlar, icra başçıları, nazirlər arasında axtarmazdı. Rejimin başında duran və ölkənin bu günə düşməsinin əsas səbəbkarı olan İlham Əliyevin şəxsən özünü tənqid edirdi. Onun həbs sifarişi də şəxsən İlham Əliyevdən gəlmişdi. Biz bu sifarişdən xəbərdar idik. Seymur Həzi xaricə getməklə həbsdən yayına bilərdi. Ancaq yayınmadı. Həbsini mərdi – mərdanə qarşıladı. Bu gün artıq 4 il tamam olur ki, Seymur Həzi həbsdədir. Doğruları yazdığı, əqidəsində ardıcıl, mübarizəsində cəsur və qorxmaz olduğu üçün müavinim Seymur Həzini 4 ildir ki, siyasi girov götürüblər. Seymur bəy də digər siyasi məhbus dostlarımız da bir gün azadlığına qovuşacaq. Onlar bu günkü mərd mübarizələrilə isə tarix yazırlar. Azərbaycanın demokratiyaya qovuşması tarixi belə məhrumiyyətlərlə və fədakarlıqlarla yazılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ