SON DƏQİQƏ

PressDent.Info

Tanınmış vəkil Bakı hava limanında saxlanılıb

Tanınmış vəkil Bakı hava limanında saxlanılıb
23-08-2018, 16:42 8004 dəfə baxılıb

Sərhəd xidməti avqustun 22-də Bakı hava limanında tanınmış vəkil İradə Javadovanı İstanbula gedərkən saxlayıb.

“Sərhəd xidmətinin əməkdaşı mənə ölkədən cıxışıma “stop” qoyulduğunu deyib, amma bunun səbəbini izah etməyib. Mən başa düşə bilmirəm ki, hansı səbəblərə görə mənim çıxışımı yasaq ediblər. Mən qızımla birgə gedirik. Onu uçuşa buraxdılar, məni yox. Heç kəs mənə izah etmir baş verənləri”, – deyə İ.Javadova Turan agentliyinə bildirib.

Amma sərhdçilər öz rəhbərləri ilə danışıqlar apardıqdan sonra vəkili təyyarəyə buraxıblar. Lakin bundan önjə vəkilin şəxsi əşyalarına baxış keçirilib, və o səfərin məqsədləri bərədə qərəzli sorğu-sual edilib.

“Mən bunu belə qoymayajağam və qayıdandan sonra məni saxlayanların jəzalandırılmasını istəyəcəyəm. Onlar mənim hüquqlarımı pozublar, mənim və ağır stress keçirən övladımın səhhətinə zərər vurublar”, – daha sonra vəkil deyib.

Sərhəd xidmətindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, İradə Javadova hələ 2014-jü ildə 40-dan çox QHT-yə qarşı qaldırılmış jinayət işi üzrə sorğu-sual edilən vətəndaş jəmiyyəti fəallarındandır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ