SON DƏQİQƏ

PressDent.Info

“Hikkələri soyumayıb, çirkin niyyətlərini davam etdirirlər…”

“Hikkələri soyumayıb, çirkin niyyətlərini davam etdirirlər…”
16-08-2018, 14:16 1827 dəfə baxılıb

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə polis vətəhlükəsizlik xidməti əməkdaşlarının keçirdikləri əməliyyatlarda insanları öldürüb, sonra da “terrorçu” kimi təqdim etməsilə bağlı bəyanat yayıb. İlahiyyatçı həmçinin bir neçə gün əvvəl Gəncə hadisələrilə əlaqədar Sumqayıtda keçiriləəməliyyat zamanı qətlə yetirilən Muraz Rəhimovun Müsəlman Birliyi Hərəkatının üzvü kimi təqdim olunmasına da münasibət bildirib:

Əziz bacı və qardaşlarım!

Azərbaycan hakimiyyəti son vaxtlar öz vətəndaşlarına qarşı terror etməkdədir. Düzdür, biz illərdir bu terrorla üz-üzəyik. Qanunsuz həbslər, insanların şərlənib zindanlara salınması, azadlıq istəyənlərin azadlıqdan məhrum edilməsi… Bütün bunlar ölkədəhakimiyyəti zəbt edənlərin öz vətəndaşlarına qarşı savaş açmasıdır.

Son vaxtlar isə bütün məntiqi kənara qoyub, birbaşa , vətəndaşı “terrorçu” adıyla damğalayıb öldürməklə məşğuldurlar. Bunun ilk işartılarını biz hələ 2015-ci il noyabrın 26- da Nardaranda görmüşdük. O zaman öz polislərini belə, öldürməkdən çəkinmədilər. Biz bunlardan hər şey gözləyirik…

Gəncə hadislərindən sonra isə istədikləri adamı “terrorçu” elan edib öldürmək adi hal alıb. Qəribədir ki, öldürdükləri adamları da “Müsəlman Birliyi”nin fəal üzvü kimi təqdim edirlər.

“Bu nə xəstə təfəkkürdür ki, öldürdükləri hər kəsi…”

Bir neçə gün əvvəl Sumqayıtda öldürülən Muraz Rəhimovun da “Müsəlman Birliyi” hərəkatının üzvü olduğunu rəsmi şəkildə bəyan ediblər. Onun həbsdə olarkən Hərakata qoşulduğunu, bundan sonra daha da radikallaşdığını deyənlərin ağ yalan danışmasına təəccüblənmirəm. Öldürdükləri adamın arxasından yalan danışmalarına da heyrətlənmirəm. Amma bu nə xəstə təfəkkürdür ki, “terrorçu” elan etdikləri hər kəsi “Müsəlman Birliyi”nə bağlmağa cəhd edirlər?

Əlbəttə, bu çirkin niyyətin arxasında nə dayandığım bəllidir. Cəmiyyəti çaşdırmaq, zehinlərə belə bir fikri yeritmək istəyirlər ki, necə olur, silahlı olduğu deyilən hər kəs “Müsəlman Birliyi”nin üzvü çıxır?

Bunlar Nardaran hadisələri vaxtı da Müsəlman Birliyi Hərəkatını “terrorçuların birliyi” elan etmişdi. Amma alınmadı, ifşa olundular. Görünür, hikkələri soyumayıb, yenə dəçirkin niyyətlərini həyata keçirmək üçün davam edirlər.

Mən, Tale Bağırzadə, bildirirəm ki, Muraz Rəhimov Müsəlman Birliyi Hərəkatının üzvü olmayıb.

“Gəncə hadisələrində hakimiyyətin öz fitnəsi rol oynayıb”

Amma onun  Birliyinin üzvü olmaması bu şəkildə öldürülməsinə münasibətimi dəyişmir. Çünki biz təə Birliyin üzvlərinin haqqını qorumaq üçün deyil, bütün ölkəinsanının hüquqlarının müdafiəsi naminə bu yola çıxmışıq. İnsanları məhkəməqarşısına çıxarmağa qorxub, ifşa olunacaqlarından ehtiyatlandıqları üçün hakimiyyətin verdiyi gücü vətəndaşa qarşı işlədirlər. Muraz Rəhimovu guya “qanun keşikçiləri” məhv edib. Əgər onlar doğrudan da qanuna keşik çəkənlərdirsə, vətəndaşı öldürməyəixtiyarları yoxdur. Rüşvət verib “qanun keşikçisinə dönən”lər insanların həyatı haqqında qərarlar verir…

Mən getdikcə inanmağa başlayıram ki, Gəncə hadisələrində də elə bu hakimiyyətin öz fitnəsi rol oynayıb. İndi də qəzəblərinə tuş gələnləri fürsətdən istifadə edib öldürür, bu yolla həm də şahid buraxmaq istəmirlər.

“Susduqca zalım zülmünü artırır”

Əziz xalqım, siz susduqca, bu cinayətlərə göz yumduqca, hamınız bu terrorun qurbanı ola bilərsiniz. Biz susduqca, zalım da zülmünü artıracaq.

Özünüzü onların insafına təslim etməyin.

O üzdən Uca Allaha xatir, susmayın və bu dünyanın ən dəyərli neməti olan azadlıq üçün səsinizi ucaldın!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ