SON DƏQİQƏ

PressDent.Info

Mehman Hüseynovun şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edilib

Mehman Hüseynovun şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edilib
16-08-2018, 14:14 2349 dəfə baxılıb

Hazırda həbsdə olan bloqçu Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edilib.

Bu barədə “BBC Azərbaycanca”ya onun vəkili Şəhla Hümbətova məlumat verib.

Onun sözlərinə görə, bloqçu cəza müddətinin yarısını çəkdiyi üçün belə müraciət edilib.

Vəkil deyib ki, müraciət avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

“Belə müraciətlərə 10 gün ərzində baxılır. Mən iki gündür Qaradağ Rayon Məhkəməsinə zəng edirəm, telefonları götürən yoxdur deyə soruşa bilmirəm. İş Qaradağ Rayon Məhkəməsindədir, amma hansı hakim baxacaq, nə vaxt baxılacaq, onu bizə deyəcəklər”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ