SON DƏQİQƏ

PressDent.Info

Bu gecə cəbhədə vəziyyət çox gərgin olub

Bu gecə cəbhədə vəziyyət çox gərgin olub
18-08-2015, 21:19 28133 dəfə baxılıb

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 146 dəfə pozub.
 
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Çaylı, Qızıloba, Ağdam rayonunun Şıxlar, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Şuraabad, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
 
Düşmən cavab atəşi ilə susdurulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ