SON DƏQİQƏ

PressDent.Info

Qarabağda “ərazilərin qaytarılması” iddialarına etirazlar başlayır

Qarabağda “ərazilərin qaytarılması” iddialarına etirazlar başlayır
4-08-2018, 15:11 5742 dəfə baxılıb

Bu gün, avqustun 2-də axşam saat 18-də tanınmamış “Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakertdə” (Xankəndidə) “azad edilmiş ərazilərin qaytarılması çağırışlarına qarşı” mitinq gözlənilir.

Mitinqin təşəbbüskarı yerli “Azad vətən” partiyasının vərəqələr şəklində yaydığı bəyanatda “son günlər azad edilmiş ərazilərin qaytarılmasına dair fəal çağırışlar” səsləndirildiyi və “bir neçə satqının bizim, yəni həmin ərazilərdə yaşayanların, taleyini həll etməyə cəhd” etdiyi qeyd olunur.

Söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, 90-cı illərin əvvəlində Qarabağ müharibəsi nəticəsində erməni qüvvələrin nəzarəti altına düşən Azərbaycanın ətraf rayonlarından gedir.

O zaman ermənilər həmin rayonların ələ keçirilməsini “ön xətdə təhlükəsizlik buferi yaratmaq” labüdlüyü ilə izah edir və eləcə də “təhlükəsizlik qurşağı” adlandırırdı. Bu gün əksəriyyəti “azad edilmiş ərazilər” deyir.

Qalmaqala çərşənbə günü Yerevanda mətbuat konfransı zamanı Levon Ter-Petrosyanın rəhvbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının (EMK) nümayəndəsi Zoya Tadevosyanın “Qarabağ münaqişəsinin həlli üçün tələb olunarsa, əraziləri qaytarmaq lazımdır” bəyanatı səbəb oldu.

Mübahisəyə qatılan narazı jurnalistə Zoya Tadevosyan izah edib ki, “Qarabağ “azadlıq mübarizəsi əsnasında azad edilən ərazilər” Dağlıq Qarabağın ərazisi deyil.

“Biz azad edilmiş deyirik. Əslində, sizə də yaxşı məlumdur ki, onlar işğal edilmiş ərazilərdir. Bunu mən müəyyən etmirəm. Sual həmişə danışıqlar masası üzərində olub”, – deyə, Zoya Tadevosyan münaqişənin tənzimlənməsi ərazilərin qaytarılması hesabına mümkün olan halda, onların qaytarılmasını düzgün hesab etdiyini bildirib.

“Tutulan ərazilər – Azərbaycan əraziləridir. Danışıqlar Qarabağın müstəqilliyi və öz müqəddəratını həll etmək haqları ətrafında aparılır. Bu fikri həmsədrlər də, dünya birliyi də bölüşür”.

“DQR prezidentinin mətbuat katibi” David Babayan EMK nümayəndəsi Zoya Tadevosyanın bəyanatını “siyasi xəyanət” adlandırıb.

“Bəziləri ermənicə danışsalar da, qeyri-ermənicə düşünürlər. Bu xanımı dinləyərkən, elə bilirsən qarşındakı erməni siyasi partiya təmsilçisi deyil, Azərbaycan prezident administrasiyasının nümayəndəsidir”, – Babayan erməni cəmiyyətində “belə fikir söyləyənlər”in mövcudluğuna təəccüblənir.

Qarabağdan sərt reaksiya

Zoya Tadevosyanın mətbuat konfransından sonra onun ünvanına tənqidlər, xüsusilə də Dağlıq Qarabağdan, hələ də səslənməkdədir.

“Qarabağ Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsi”ni tərk etməyə məcbur olan, hazırda “DQR prezidentinin xüsusi nümayəndəsi” Arşavir Ğaramyan öz Facebook səhifəsində son zamanlar ərazi güzəştləri haqqında bəyanatlarla çıxış edən müxtəlif siyasi xadim, politoloq, sosial şəbəkə istifadəçilərinin fəallaşmasınln müşahidə olunduğunu qeyd edir.

“Xüsusilə Azərbaycanın yenidən döyüş əməliyyatlarına fəal hazırlaşdığı və maksimalist yanaşmalarının daha da sərtləşdiyini nəzərə alaraq, “ərazilərin qaytarılması” saxta gündəmini yolverilməz hesab edirəm”, – deyə cənab Ğaramyan qələbənin onun öz və dostlarının “qanı qiymətinə” əldə edildiyini xatirladır.

“Biz [əraziləri] göz bəbəyi kimi qoruyub, müdafiə etməliyik”, – Ğaramyan yazıb və “və bu kimi qeyri-qanuni bəyanatlar davam etdirilərsə”, onun sözlərinə görə, qarabağlılar küçəyə çıxıb “bu təhlükəli prosesə qarşı iradəsini nümayiş etdirməlidirlər”.

Ermənistanın sabiq müdafiə nazir müavini, hazırda “Qarabağ prezidentinin müşaviri” Artur Ağabekyan da Arşavir Ğaramyanın çağırışına qoşulub, “düşkünlük təbliğatına qarşı” mübarizəyə çıxmağa çağırır.

Partiya parlament fraksiyasının rəhbəri Artur Tovmasyan “istənilən birtərəfli güzəştin yolverilməz” olduğunu bildirib.

“Mən hətta bunu xəyanət hesab edirəm. Qarşı tərəf hər gün mülki əhalimizi fiziki məhv etməklə hədələyir. 2016-cı il hadisələri bir daha göstərdi ki, qarşımızdakı sivil dialoqa qabil olmayan bir düşməndir. Və kimsə birtərəfli güzəştlərin zəruriliyinə dair bəyanat verəndə, biz bunu, ən azı, təhlükəli və yolverilməz hesab edirik”, – Tovmasyanı artsakhpress.am iqtibas edir.

“Ağdam vətənimiz deyil”

Qarabağ münaqişəsinin dinc yolla həlli variantı kimi “ərazilər müqabilində Qarabağın statusu” prinsipini Levon Ter-Petrosyanın tərəfdarlarından başqaları da nəzərdən keçirib və səsləndiriblər.

1997-ci ilin oktyabrında mətbuat konfransında “təhlükəsizlik qurşağı”nı qaytarmağa hazır olduğunu bəyan edən prezident Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefa verməyə məcbur olmuşdu.

2002-ci ildə isə o zaman Ermənistan müdafiə naziri vəzifəsində Milli Məclisdə çıxış edən Serj Sarkisyan Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlər əsasında həllinin mümkünlüyünü bəyan etmişdi.

Sarkisyan, hətta 90-cı illərdə Qarabağ müharibəsi zamanı “bir çox atəş nöqtələrinin ləğv edilməsini” lazım hesab etdiyini xatirladıb.

“Onların ləğv edilməsi, yaxud təhlükəsizlik qurşağının yaradılması heç vaxt Ermənistan və ya Qarabağ ərazisini daha da böyütmək məqsədi güdməyib”, – Serj Sarkisyan parlament tribunasından bəyan edib.

Qarabağın əsl sərhədinə dair sualın cavabında müdafiə naziri Serj Sarkisyan demişdi ki, ümumiyyətlə istənilən ölkənin, “o cümlədən Ermənistanın” sərhədi “onu haradan çəkə bildiyin yerdən keçir”.

“Bəli, mən hesab edirəm ki, Ağdam bizim vətənimiz deyil. Danışıqlar prosesi gedərkən, sən öz tərəf-müqabilini axmaq yerinə qoyursansa, bu, onda yalnız nifrət doğurur… Bəli, ərazilər olub ki, biz onları tutmuşuq, və bundan utanmaq lazım deyil. Biz o əraziləri vətənimizin təhlükəsizliyini təmin etmək üçün ələ keçirmişik…”, – aniarc.am saytı Ermənistan müdafiə naziri Serj Sarkisyanın 2002-ci ildə parlament tribunasından bəyanatını xatırladır.

2008-ci ildə, artıq prezident vəzifəsində olan Serj Sarkisyan Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində mövqeyində “ciddi dəyişiklik baş verməyib, və hələ uzun müddət bu mövqedə” qalacağını bəyan edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ