SON DƏQİQƏ

PressDent.Info

Şəkidə İlqar Məmmədovun növbəti məhkəməsi başlayır

Şəkidə İlqar Məmmədovun növbəti məhkəməsi başlayır
27-07-2018, 18:24 7743 dəfə baxılıb

Avqustun 10-da yeni apelyasiya baxışı olacaq

İlqar Məmmədovun işi üzrə yeni apelyasiya baxışı Şəkidə 10 avqust saat 11-də başlayacaq. Bunu Facebook statusunda REAL sədrinin vəkili Fuad Ağayev yazıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının icrasına iyunun 30-da baxan Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarını da ləğv edərək REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun işini yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarmışdı.

Bundan öncə Ali Məhkəmə işi bir dəfə Şəki Apelyasiya Məhkəməsinə qaytarmışdı və o, qərarı qüvvədə saxlamışdı.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin qanunsuz olması ilə bağlı iki qərar çıxarsa da, Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda davam edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ