SON DƏQİQƏ

PressDent.Info

Bu il Azərbaycanda 306 nəfər QİÇS-ə yoluxub

Bu il Azərbaycanda 306 nəfər QİÇS-ə yoluxub
24-07-2018, 18:05 7569 dəfə baxılıb

Bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər olub

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, yeni aşkarlanan xəstələrin 298-i Azərbaycan, qalanları əcnəbi vətəndaşlardır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar olunduğu 1987-ci ildən bəri QİÇS-lə Mübarizə Mərkəzində 7061 nəfər qeydiyyata götürülüb. Onların əksəriyyəti-6833 nəfəri Azərbaycan vətəndaşıdır.

Qeydiyyata götürülənlərin 5137-i kişi, 1924-ü qadındır.

Qeydiyyata götürülmüş 7061 xəstənin 43 faizi QİÇS-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ