SON DƏQİQƏ

PressDent.Info

Ağdam – 25

Ağdam – 25
24-07-2018, 17:57 7482 dəfə baxılıb

Ağdamın işğalından 25 il keçir. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Ağdam şəhərini tutub. Ağdamın 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 160 min nəfər əhalinin 128 mini didərgin düşüb, şəhər və 122 kənd yandırılıb, rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ağdam Qarabağ müharibəsində 6 minə yaxın şəhid verib. Onlardan 16-sı Milli Qəhrəmandır.

Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir.

Hazırda Dağlıq Qarabağ vilayəti (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndi işğal altındadır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ