SON DƏQİQƏ

PressDent.Info

Cəbhəçi gənc “yatağını səliqəsiz yığır…” bəhanəsilə həbsdə saxlanıldı

Cəbhəçi gənc “yatağını səliqəsiz yığır…” bəhanəsilə həbsdə saxlanıldı
21-07-2018, 12:33 2784 dəfə baxılıb

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli ona verilmiş 4 il həbs cəzasının az qala, yarısını çəkdiyini əsas gətirib, vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə müraciət etmişdi. İyulun 19-da Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev həmin ərizəyə baxaraq, «yox» deyib.

Məhkəmə F.Əhmədlinin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Müəssisənin əməkdaşı Emin Əbdürrəhmanov gənc fəalı xarakterizə edərkən onun hələ tam islah olunmadığını bildirib. Bu fikrini də belə əsaslandırıb ki, «müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını səliqəsiz yığır…».

Hakim F.Əhmədlinin vaxtından əvvəl həbsdən buraxılma ərizəsinin təmin olunmadığını açıqlayıb.

Cəbhəçi fəal hakimdən soruşub ki, yatağını daha səliqəli yığmağı öyrənsə, həbsdən buraxılmaq şansı varmı? Hakim cavab verməyib, gülüblər. Fuad da buna “məhkəmə sistemi o qədər gülünc vəziyyətdədir ki, ona ancaq gülmək lazımdır. Amma vaxt gələcək belə qanunsuzluqlarınıza görə ağlayacaqsınız. Onda da biz sizə güləcəyik” sözlərilə reaksiya verib.

Gənc fəalın atası Zəfər Əhmədli Azadlıq Radiosuna bildirib ki, Suraxanı Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriləcək: «Fuad cəzanın üçdə birini çəkməsi əsasıyla məhkəməyə müraciət etmişdi. Halbuki, bir aydan sonra cəzanın yarısı tamam olacaq. Ona görə də həm bu qərardan şikayət verəcəyik, həm də cəzanın yarısının çəkilməsi əsasıyla yenidən ərizə ilə müraciət olunacaq».

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ