SON DƏQİQƏ

PressDent.Info

Emin Aslanın ölkədən çıxışına qadağa qoyulub

Emin Aslanın ölkədən çıxışına qadağa qoyulub
18-07-2018, 15:44 8091 dəfə baxılıb

ABŞ-da təhsilini bitirib ölkəyə qayıdan kimi həbs olunan və 30 sutkadan sonra azadlığa çıxan hüquqşünas Emin Aslanovun ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə BBC News Azərbaycancaya xəbər verən Emin Aslanov ona səyahət qadağası qoyulduğunu ölkəni tərk etmək istəyən zaman öyrənib:

“Gürcüstana bilet almışdım. Səhər saat 8 radələrində hava limanında öyrəndim ki, mayın 30-da ölkədən çıxışıma qadağa qoyublar. Bu, ölkəyə gəlişimin tarixidir. Azərbaycana məhz həmin gün qayıtmışdım”.

Emin Aslanov ölkəyə gəlməsindən iki-üç gün sonra həbs olunmuşdu.

Hüquqşünas məsələ ilə bağlı vəkilinə xəbər verdiyini və zəruri addımlar atacaqlarını bildirib: “Daxili İşlər Nazirliyinə onlayn ərizə göndərdik. Bu gün poçtla da məktub yollayacağıq”.

Emin Aslanovun sözlərinə görə, o, səyahət qadağasının səbəblərini aydınlaşdırmaq istəyir:

“İnzibati cəza almışdım, məhkəmənin barəmdə verdiyi 30 gün həbs müddətimi çəkdim və azadlığa buraxıldım. Bildiyimə görə heç bir cinayət və ya mülki işdə şahid, təqsirləndirilən və ya zərərçəkmiş kimi cəlb edilməmişəm. Hər hansı vergi, kredit borcum yoxdur. Axtarılan şəxs də deyiləm. Bu zaman ölkədən çıxışıma niyə qadağa qoyulmalıdı? Səbəbini araşdırmağa çalışırıq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ