SON DƏQİQƏ

PressDent.Info

Gəncədə öldürülən polislərdən biri elə adamın qardaşıdır ki…

Gəncədə öldürülən polislərdən biri elə adamın qardaşıdır ki…
13-07-2018, 01:04 2958 dəfə baxılıb

İyulun 10-da Gəncədə baş verən müəmmalı qarşıdurma zamanı öldürlən polis zabitlərindən biri – Nizami rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov İmamzadə Türbəsi axundu Hacı Tahir Abbasovun qardaşıdır. Bu barədə gununsesi.info saytı məlumat yayıb.

Bu fakt ona görə maraq doğurur ki, Hacı Tahir Abbasov Gəncənin güllələnən icra başçısı Elmar Vəliyevlə ciddi münaqişəsi olan fiqurlardan biri kimi tanınır. Onun adı həmçinin müxtəlif şübhəli çevrə və layihələrə, o cümlədən yerli və xarici (daha çox İran) xüsusi xidmətinə bağlı da hallanıb. O, 2005-ci ildə “Ruslan Bəşirli” əməliyyatı çərçivəsində AXCP qərargahına təşkil olunmuş basqının liderlərindən biri olub.

Hacı Tahir bir neçə il əvvəl “Xural” qəzetinə açıqlamasında Elmar Vəliyevin onunla düşmənçiliyi barədə bunları demişdi:

“Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” dedi və məni hədəfə götürdü. “İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. Məni açıq şəkildə həbs etdirəcəyi ilə hədələyir. İndi mən Gəncədən Bakıya çıxmışam. Əynimdə kəfən var. Kəfənimi geyindimsə, bu yolda sonuna qədər varam”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ