SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyevlə Nikol Paşinyan futbolda tanış olublar

İlham Əliyevlə Nikol Paşinyan futbolda tanış olublar
15-06-2018, 22:44 13398 dəfə baxılıb

Onları Rusiya prezidenti Putin görüşdürüb

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Səudiyyə Ərəbistanının futbol yığmalarının matçından sonra onu Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib. Bu barədə N.Paşinyan özünün Facebook səhifəsində yazıb: “Futboldan sonra Rusiya prezidenti MDB ölkələri başçıları formatında kiçik qəbul təşkil etdi. Azərbaycan prezidenti İlham Əliyev də orada idi və Rusiya prezidenti biz tanış etdi, tanışlığımız belə oldu”, – N.Paşinyan yazıb. O qeyd edib ki, “başqa söhbət və ya məzmunlu danışıq olmayıb”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ