SON DƏQİQƏ

PressDent.Info

Cümhuriyyət dövrünün mühüm mədəni hadisələri

Cümhuriyyət dövrünün mühüm mədəni hadisələri
30-05-2018, 18:27 11136 dəfə baxılıb

Azərbaycan Cümhuriyyəti dövründə baş vermiş əsas mədəni hadisələr.

1. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi.

2. Dövlət Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açıldı. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov idi.

3. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü.

4. Mətbuat haqqında qanunun yaradılması da Cümhuriyyət dövrünün ən yadda qalan hadisələrindən biri oldu. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi.

5. 1919-cu ilin mart ayında Hüseyn Ərəblinskinin öldürülməsi.

6. 1919-cu ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra “Forum” kinoteatrında nümayiş etdirildi.

7. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi və həmin ayın 29-da Bakı Dövlət Universitetinin nizamnaməsi qəbul edildi.

8. Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir.

9. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanununa əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ