SON DƏQİQƏ

PressDent.Info

AXCP-yə qarşı suçlama gülüncdür

AXCP-yə qarşı suçlama gülüncdür
28-05-2018, 20:19 6351 dəfə baxılıb

Ələsgər Məmmədli

Bundan 100 il öncə babalarımız üçrənkli bayrağımızı göylərə ucaldaraq, müstəqil Azərbaycan dövlətini qurdular. 23 ay sonra bolşeviklər həmin kişiləri ya öldürdü, ya da sürgünə sürdü… 29 il öncə həmin üçrənkli bayrağı yenidən öz simvoluna çevirən AXC milli azdlıq mübarizəsinə öncüllük edərək, təkrar üçrənkli bayraqlı Azərbaycanın dövlət müstəqilliyini qazandırdı…

Cumhuriyyətin 100 illiyi ərəfəsində 29 il öncə təkrar həmin bayrağı bizə qazandıran qurumun – AXC-nin davamçıları AXCP-nin rəhbəri və üzvlərini həmin bayrağın kölgəsində oturan hüquq mühafizə oranları tərəfindən cinayətlə suçlanır…

Suçlamanın məğzi də gülüncdür… qısaca belə demək olar- sizin qərargahı əlinizdən aldıq, qəzetinizi bağladıq, saytınızı blok etdik, sizin rəsmi qeydiyyatınızı havadan asılı vəziyyətə saldıq, üzvlərinizi, rəhbər şəxslərin əksəriyyətini həbsə atdıq, iki nəfər üzvü olan partiyalara dövlətdən maliyyə yardımı ayıılmasına baxmayaraq sizə bir qəpik dövlət yardımı ayırmadıq, üzvlərinizin əksəriyyətini işsiz qoyub heç bir yerdə işə götürülməsinə imkan vermədik amma siz hələ də ayaqdasız, varsınız, yaşayırsınız, siyasi mübarizədən çəkinmirsiz…

Üzvlərinin ianələri, bağışları, fədakarlıqları ilə əgər bir qurum yaşayırsa, bu cinayət yox, təqdir edilməli davranışdır. Vətəndaşın formalaşdırdığı dövlət büdcəsindən maliyyələşən xeyli partiya var ki, vətəndaşın səsini duyurmaq üçün heç bir cəhd etmədiyi halda, bu qurum büdcə vəsaitləri almadan ictimai nəzarət həyata keçirir, siyasi oponentlik edir, demokratiyanın oyun qaydaları çərçivəsində öz rolunu oynayır…
Dövlətin hüquq sistemini bu qədər siyasi proseslərə müdaxilədə istifadə etmək, bu qədər gülünc iddialarla gözdən salmaq olmaz. Vallah olmaz! Bir az sağduyulu olun! Dünyanı bizə güldürməyin!

İki qurumun birlikdə yaydığı məlumatda görün nə deyilir:
Məlumata görə, Rusiyada yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb.”

Rusiyada yaşağan şəxsin Rusiya ərazisində təbliğat aparması nə zamandan Azərbaycan Cinayət məcəlləsinin predmeti olub? Ümumiyyətlə təbliğat aparmaq suçdurmu? Nə zamandan Rusiyada sahibkarlıq fəaliyyəti bizim qanunlarla- Vergi Məcəlləmizlə, Sahibkarlıq fəaliyyəti haqqında Qanunla tənzimlənir?

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ