SON DƏQİQƏ

PressDent.Info

Əvəz Zeynallı Hüseyn Abdullayev işinə görə dindirilib

Əvəz Zeynallı Hüseyn Abdullayev işinə görə dindirilib
23-05-2018, 18:47 2001 dəfə baxılıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mayın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb. Bu barədə jurnalistin özü məlumat verib.

Ə.Zeynallı bununla bağlı dünən özünün facebook profilində yazıb: “Səhər saat 10.00-da Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olundum. Müstəntiq çox mədəni formada Hüseyn Abdullayevin cinayət işində şahid kimi bəzi suallara cavab almaq istədiyini bildirdi. Mənə çox maraqlı gəldi. Gedək görək nə deyəcəklər, hansı suala cavab istəyəcəklər”.

O, bu gün istintaq idarəsində olub. Bir qədər qabaq Ağır Cinayətlərə dair İstintaq İdarəsindən çıxan baş redaktorun sözlərinə görə, istintaqda ondan Hüseyn Abdullayevlə telefon danışıqları barədə suallar verilib. Əvəz Zeynallı bu telefon zəngini xatırlamadığını deyib, eyni zamanda vurğulayıb ki, xatırlamasa belə, belə zənglərdə qəbahət görmür: “Biz media adamlarına ölkə daxilindən olduğu kimi, xaricdən də zənglər gəlir, adamlar problemlərini, təkliflərini bizə bildirir, bizdən kömək istəyir, o baxımdan Hüseyn Abdullayevin xatırlamadığım zənginə də normal yanaşıram”Bundan başqa, Hüseyn Abdullayevin başqa media nümayəndələri ilə əlaqəsinin olub-olmadığı soruşulub. Müstəntiq hansı qəzetlərdə H.Abdullayevlə bağlı yazıların, informasiyaların getdiyi ilə maraqlanıb. Əvəz Zeynallı bu barədə məlumatsız olduğunu bildirib, ancaq öz saytında – xural.com-da Hüseyn Abdullayevlə bağlı yazılarla bu sayta girməklə tanış ola biləcəklərini deyib. Eyni zamanda bildirib ki, onda olan məlumata görə başqa media nümayəndələrindən də istintaqa dəvət olunanlar var.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ