SON DƏQİQƏ

PressDent.Info

“8-ci km” bazarı Akif Çovdarovdan geri tələb edilir

“8-ci km” bazarı Akif Çovdarovdan geri tələb edilir
22-05-2018, 21:23 7221 dəfə baxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası bu gün Bakı Apelyasiya Məhkəməsində davam etdirilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə “8-ci km” bazarı epizodu üzrə Cəfər və Qəhrəman Səfərov qardaşları çıxış edib.

Onlar həmin bazarın A.Çovdarov tərəfindən zorla əllərindən alındığını deyərək obyektin geri qaytarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Təqsirləndirilən A.Əliyev, O.Osmanov və S.Məmmədov da prosesdə çıxış ediblər. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

A.Çovdarovun vəkilləri 7 vəsatət qaldırıb. Onlar xətşünaslıq, məhkəmə xətşünaslıq, A.Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsini tələb ediblər.

Bundan başqa, müdafiəçilər təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid olan əmlakların geri qaytarılmasını da istəyiblər.

Vəsatətlər növbəti prosesdə müzakirə olunacaq.

Proses mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki(report), A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib.

Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ