SON DƏQİQƏ

PressDent.Info

Həyatdan məhrum etmə cəzası haqqında

Həyatdan məhrum etmə cəzası haqqında
18-05-2018, 22:07 11571 dəfə baxılıb

Ələsgər Əhmədoğlu

Dünən Sosial mediada bir məktub yayıldı. Bu məktub bir vətəndaşımızın ədalət hayqırışı idi. O vətəndaş ki, O, uzun müddət xidmət etdiyi polis sistemindəki problemləri, neqativ halları mediada açıq şəkildə ifadə edərək, tənqid etmiş, bu kimlərinsə xoşuna gəlməmişdir… Bir həftə öncə siyasi tənqidlərini açıq ifadə edən, problemləri çıplaklığıilə göstərən və sosial media üzərindən canlı şəkildə cəmiyyətə bunlardan danışan Seyid Mirfeyzulla qəflətən elə tənqid etdiyi sistemin əməkdaşları tərəfindən saxlanıb, dərhal da narkotik ittihamı ilə həbs edilib və 3 aylıq həbs qəti imkan tədbiri seçilib. 
Seyid bəyin həbsinin narkotiklə bağı olmadığını, həbsinin gerçək səbəbinin ifadə etdiyi fikirlər olduğunu ən yaxşı onun keçmiş həmkarları bilir..
Bu müzakirə edilməyəcək qədər aydın həqiqətdir ki onun həbsi qanunsuz, sifarişli həbs olub. Amma bir detal unudulub, Seyid bəy çox ciddi həyati təhlükəsi olan xəstədir və onun sağlığı imkan vermir ki, o kimlərisə rahatlatmaq üçün 3-5 ay həbsdə keçirsin və kimlərsə bunu report etsin ki, filankəsi də “cəzalandırdıq”.
Dünənki məktubdan da aydın görünür ki, Seyid bəyin həyatı təhlükəsi ölüm təhlükəsi həddinə çatıb. Hər iki böyrəyini itirmiş biri olaraq onun həftədə 3 dəfə qanını təmizləmə qurğusuna (dializ aparatına) qoşulmasa həyati funksiyaları bitəcək. Bu birbaşa şəxsin ölümə tərk edilməsidir. O, hətta həqiqətən 234-cü maddənin çərçivəsində bir cinayət əməli törətdiyini bir anlığa ehtimal etsək belə, bunun cəzası ölüm deyil. Amma indiki halda heç bir təqsiri olmadan şəxsi təcrid etmək və elementar tibbi tədbirlərə çıxışını məhdudlaşdırmaq, onun həyatını itirməsi təhlükəsi ilə qarşı-qarşıya qoyub.
Mən bilirəm ki, sosial media bu ölkədə siyasət formalaşdıranlar üçün informasiya mənbələri arasında çox geridədir. Lakin, ümid edirəm ki, bu statusum belə olmaycaq və vəziyyətin ciddiliyi dərk ediləcək.. .
Seyid Mirfeyzullanın həbsdə ikən həyatını itirməsi (Allah gecindən versin!) yəqin ki, heç kimə, xüsusilə hökumətə sərf etməməlidir. Məntiqlə, onun bu vəziyyətdə 3 aylıq həbs-qəti imkan tədbiri ləğv edilməli, onun normal tibbi müalicə imkanı təmin edilməlidir. CPM buna imkan verir.

Doğrudur, bütün haqsız tutulanlar azadlığı haqq edir və bu onların haqqıdır. Amma bu olayın daha fərqli tərəfi də var və təcili tədbir görülməli, Seyid evinə buraxılmalıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ