SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyevin AXCP-yə qarşı mübarizədə başlıca silahı nədir?

İlham Əliyevin AXCP-yə qarşı mübarizədə başlıca silahı nədir?
18-05-2018, 22:02 5655 dəfə baxılıb

Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyətin AXCP-yə qarşı növbəti repressiya dalğası ilə bağlı fikirlərini özünün fb səhifəsində paylaşıb:

“Son illərdə narkotika İlham Əliyevin Xalq Cəbhəsinə qarşı mübarizəində başlıca silahdır. Cəbhə fəallarının böyük bir hissəsi üzünü görmədiyi, rəngini tanımadığı narkotika ittihamı ilə şərlənərək həbs edilir. Xəəng xəstəliyi ilə mücadilə aparan Elnur Fərəcov, dializ xəstəsi Seyid Mirfeyzulla, partiyanın gənclər təşkilatının fəalı, yaxın vaxtlarda diktatoru tanıdaq kampaniyasına görə bir aylıq inzibatı həbsdən yenicəazad olmuş Orxan Baxışlı məhz külli miqdarda narkotika hazırlama, saxlama, satış vəistifadə ittihamı ilə şərlənərək tutulub. Bu azmış kimi keçmiş cəbhəçi, milli hökumət dövründə döyüş zonasında yerləşən Gədəbəy rayonunun keçmiş icra başçısı olmuş 1997-ci ildə Rusiyada yaşayan, bu ölkənin vətəndaşı Saleh Rüstəmov da küllü miqdarda narkotika saxlamaq ittihamı ilə şərlənərək tutulub. Onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni məzmunlu qurama bir ittihamla həbsə alınıb. Əlbəttə, Saleh bəy namuslu, vətənsevər, vicdanlı, öz vətəninə xidməti iman kimi qəbul edən təmiz, doğru-dürüst bir insandır. Ona qarşı belə bir nalayiq ittihamın irəli sürülməsi Saleh bəyin günahsızlığından, ona qarşı hər hansı ittiham qıtlığından irəli gəlir. Saleh bəy çox gənc yaşlarından xalq hərəkatına qoşulmuşdu. 29 yaşından cəbhə bölgəsində yerləşən bir rayona başçı təyin edilmişdi. Amma nə səliqəli başçı kostyumu geymiş, nə də başçı qalstuku taxmışdı. Həmin bir ili Saleh bəəsgər paltarında keçirmişdi, əlində silah vətəni qorumuşdu, bütün rayona nümunə olmuşdu, rayonda və rayondan kənarda yaşayan gədəbəyliləri öz yurdunu qorumağa səfərbər etmişdi. Başkənd əməliyyatı məhz onun fədakarlığı ilə qələbə ilə sonuclanmışdı. Ağır döyüşlər zamanı cəbhəbölgəsində yerləşən Gədəbəy rayonu belə fədakar insanların əzmi və iradəsi nəticəsində bircə qarış da torpaq itirməmişdi. İndi belə bir adam saxta narkotika ittihamı ilə həbs edilir. Əlbəttə, narkotika Əliyev rejiminin mahiyyətidir, namuslu insanlara qarşı silahıdır, demokratiya istəklərini boğmaq üçün istifadə etdiyi uyşdurucudur. Amma Saleh bəyin həbsinin əsl səbəbi deyil. Son vaxtların bütün hay-küylü həbslərinin, ssenariləşdirilmiş əməliyyatlarının başlıca hədəfi Xalq Cəbhəsinin sədri Əli Kərimlidir. Hakimiyyət Nardaranda ikisi polis olmaqla 6 günahsız insanı Əli Kərimlinin hakimiyyəti guya zor gücünə devirmək ittihamını əsaslandırmaq üçün qətləyetirmişdi. Sərsəm Fətulla Güləəməliyyatının əsas hədəfi Xalq Cəbhəsinin sədri idi. Bu gün Tbilisidə professor Fərman Ceyranlı saxta bir ittihamla həbs edilsə də, ssenari sona çatsaydı xaricdən maliyyə dəstəyi almaqla Əli Kərimlinin konstitusiya quruluşunu devirmək “əməliyyatının” tərkib hissəsi olmalı idi. Gözəl xanımın vəƏfqan bəyin maliyyə !qaçaqmalçılığı” ilə həbsi də buna hesablanmışdı. Bütün bu sərsəm avantüralar iflasa uğradı. Şübhəsiz ki, Saleh bəyin saxta narkotika ittihamı iləhəbsi, vəkildən təcrid edilməsi, işgəncə yolu ilə ifadə verməyə məcbur olunması, yerinin gizli saxlanması Əli Kərimliyə qarşı növbəti dövlət çevrilişinə cəhd, xaricdən maliyyələşmə kimi cəfəng iddiaların yeni anonsu ola bilər. Azərbaycan səhnəsindəyarımçıq oynanan bu ssenarilərin baş müəllifi, bilavasitə İlham Əliyev özüdür.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ