SON DƏQİQƏ

PressDent.Info

Müsavat başqanının daha bir müavini istefa verib

Müsavat başqanının daha bir müavini istefa verib
18-05-2018, 22:00 13050 dəfə baxılıb

Yadigar Sadıqov Müsavat Partiyası başqanının müavini vəzifəsindən istefa verib. Bununla bağlı onun özü ərizə yazıb.

Y.Sadıqov “Report”a açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”.

O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.

Bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ