SON DƏQİQƏ

PressDent.Info

Abbas Hüseynovun anası prezidentə: “Axı, siz Qurana əl basmısız…”

Abbas Hüseynovun anası prezidentə: “Axı, siz Qurana əl basmısız…”
17-05-2018, 19:45 4002 dəfə baxılıb

«Abbasa qarşı işgəncələri dayandırıblar, amma yenə əl çəkmirlər. Ona hansısa formada təxribat hazırlanır. Onu təxribata çəkib, ya haqqında yenidən iş açmaq, ya da özünə xəsarət yetirmək, ya da öldürmək istəyirlər…», – «Nardaran məhbusu» Abbas Hüseynovun anası Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib.

R.Hüseynovanın sözlərinə görə, oğlu mayın 17-də evlə telefonla əlaqə saxlayarkən deyib ki, Qobustan həbsxanasında saxlandığı kameraya gəlib, onu təhqir edirlər: «Sonuncu dəfə hətta Abbasın mərhum atasını da təhqir ediblər. Kamerada olan Quran kitabını cırıblar. Açıq-aşkar təxribata çəkmək istəyirlər».

R.Hüseynova deyir ki, oğlunun həyatı təhlükədədir və bununla əlaqədar prezident İlham Əliyevə müraciət edib. Ana müraciətində prezidentdən oğlunun təhlükəsizliyinə təminat istəyib: «Cənab prezident, necə olur, Siz prezident seçiləndən sonra Qurana əl basır, ölkənin bütün vətəndaşlarına xidmət edəcəyinizə and içirsiz, amma dövlətin qanunlarına əməl etməli olan şəxslər Quranı cırır?».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosuna bildirilib ki, A.Hüseynovun Qobustan həbsxanasında daim təzyiq altında saxlanması barədə iddialar həqiqətəuyğun deyil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ