SON DƏQİQƏ

PressDent.Info

Fərman Ceyranlı azadlıq istəyir

Fərman Ceyranlı azadlıq istəyir
16-05-2018, 18:07 957 dəfə baxılıb

Mayın 15-də Gürcüstan Apellyasiya Məhkəməsində bu ölkədə həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının məhkəməsi davam etdirilib. Prosesdə Ceyranlının və dövlət ittihamçısının çıxışları dinlənib.

Bu haqda Azadlıq Radiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.

Qızının bildirdiyinə görə, atası çıxışında ona qarşı irəli sürülmüş, birinci məhkəmə instansiyasının da təsdiqlədiyi ittihamı təkzib edib. Deyib ki, cinayət işində qeyd olunan əməllərə görə, o, heç bir məsuliyyəti daşımır.

Lalə Hüseynlinin habelə vurğulamasına görə, atası məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib.

Onun deməsinə görə, prokuror çıxışında bildirib ki, Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökm ədalətli olub. Onun məhkəmədən həmin hökmün qüvvədə saxlanmasını istədiyi bildirilir.

Lalə Hüseynlinin bunu da bildirib ki, proses mayın 24-də davam etdiriləcək. Həmin gün məhkəmə qərarının elan ediləcəyi gözlənilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ