SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan adına daha bir utanc

Azərbaycan adına daha bir utanc
15-05-2018, 20:50 6612 dəfə baxılıb

Cənubi Qafqazda iş tapmaq baxımından ən aşağı göstərici Azərbaycandadır

İqtisadçı ekspert Rövşən AğayevFacebook statusunda Dünya Bankının Cənubi Qafqazın 3 respublikasında imkanların qeyri-bərabərliyi ilə bağlı analizinin nəticələrini paylaşıb. Hakimiyyətin Cənubi Qafqazın “lider” ölkəsi kimi təqdim etdiyi Azərbaycanda durum qonşu ölkələrlə müqayisədə çox acınacaqlıdır. Həmin statusu təqdim edirik:

– Dünya Bankı Cənubi Qafqazda imkanların qeyri-bərabərliyi ilə bağlı analizini yayıb (sənədin ingilscə adı – Inequality of Opportunity in South Caucasus).
Sənəddə Cənubi Qafqazın hər 3 ölkəsində insanların əmək bazarında “yaxşı iş” (a good job) tapmaq imkanlarının müqayisəsinə də diqqət yetirilib. Ekspertlər “yaxşı iş”ə 3 meyardan yanaşıblar: 1) insanların əmək bazarında tapdığı iş onlara həftədə ən azı 20 saat işləməyə imkan verir (normal iş həftəsi 40 saatdır); 2) rəsmi müqavilə ilə məvacibə əsaslanan məşğulluqdur; 3) işçi üçün əmək haqqı və rəsmi müqavilə ilə yanaşı daha əlverişli və təhlükəsiz iş şəraitini də təmin edir.
Əldə olunan nəticələr 2015-2016-cı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankı ilə birgə apardığı sorğulara əsaslanır. Həmin sorğular Cənubi Qafqazın 3 dövləti də daxil Şərqi Avropa və Mərkəzi Asiyanın 34 ölkəsində 18-64 yaş intervalında olan 51 000 respondent arasında (orta hesabla hər ölkədə 1500 nəfər) keçirilib.
Təqdim edilən 3 meyardan ikisi üzrə ən aşağı göstərici Azərbaycanda qeydə alınıb. Belə ki, sorğuda iştirak edən 34 ölkə üzrə respondentlərin orta hesabla 61%-i bildirib ki, əldə etdikləri iş onların həftədə 20 saatdan az olmayaraq məşğulluğuna imkan verir. Gürcüstan və Ermənistan üzrə bu göstərici 41-42%, Azərbaycan üzrə 26% təşkil edib. Ölkələr arasında ən yüksək göstərici 85%-ə yaxın olub.
2-ci meyar – rəsmi müqavilə ilə məvacibə əsaslanan məşğulluq tapmaq imkanının səviyyəsi Azərbaycan üzrə 11%, Gürcüstan və Ermənistan üzrə bu göstərici 22% təşkil edib. Şərqi Avropa və Orta Asiyanın 34 ölkəsi üzrə orta göstərici 45%, sorğuya cəlb edilən ölkələr arasında ən yüksək göstərici 75%-dən bir qədər yüksək olub.
3-cü meyara görə ən pis vəziyyət Gürcüstanda qeydə alınıb. Bu meyara görə işçinin həftədə rəsmi müqavilə və məvacib əsasında ən azı 20 saat iş imkanı ilə yanaşı əlverişli və təhlükəsiz iş şəraiti də olmalıdır.
Həmin meyar üzrə 34 ölkənin orta göstəricisi 45%, Azərbaycanın göstəricisi 20%, Gürcüstanın göstəricisi 13%, Ermənistanın göstəricisi 27% olu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ