SON DƏQİQƏ

PressDent.Info

Balaş Qasımov İTV-yə sədr təyin edilib

Balaş Qasımov İTV-yə sədr təyin edilib
13-05-2018, 21:34 1566 dəfə baxılıb

Cəmil Quliyev səhhətinə görə yola salındı

Mayın 11-də İctimai TV Yayım Şurası telekanalın baş direktoru Cəmil Quliyevin istefasını qəbul edib.

C.Quliyev səhhətilə bağlı problemlərinin olduğunu bildirərək tutduğu vəzifədən azad olunmasını xahiş edib, İTV-nin məlumatında deyilir.

Mənbənin məlumatına görə, Yayım Şurasının iclasında Balaş Qasımov İTV-nin yeni rəhbəri seçilib.

Xatırladaq ki, B.Qasımov uzun illər Rusiyanın “Nə? Harada? Nə vaxt?” proqramının nümayəndəsi olub. Həmçinin bədii və sənədli filmlərə prodüserlik edib.

Media eksperti Ələsgər Məmmədli bu təyinata Facebook profilində münasibət bildirib: “İndi xəbər yayıblar ki, İctimai Televiziya və radionun Baş direktorunun səlahiyyətlərinə xitam verərək, yerinə yeni Baş direktor təyin ediblər.
Bu, birbaşa qanunvericiliyi pozmaqdır. İctimai Teleradio yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir. Bu norma İTV haqqında qanunvericilik formalaşarkən də o prosesdə olan hər kəs tərəfindən bilinir. Ayrıca, hər 4 ildən bir Baş direktorluğa namizədlərin elanı olur, 10 gün ərzində bu sahədə təcrübəsi olanlar namizədliklərini irəli sürür, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilir.
2013-cü ildə Emin Hüseynov da namizədlər arasında olmuş, sonra seçim prosesindən narazı qalaraq, məhkəməyə müraciət etmişdi.
2017-ci ilin aprelində Milli Teleradio Şurasıyenə bu posta müsabiqə elan etmiş, 5 namizədin arasından İctimai Teleradio Yayım Şurası Cəmil Quliyevi 2-ci dəfə seçmişdi.
Cəmil Quliyevin 4 ildən tez getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi.
Heç olmasa qanunlara baxmağı da artıq hesab edirlər. Ya da media siyasəti ilə məşğul olanlar sürətlə ölkə hökumətini gözdən salacaq addımları qəsdən atırlar. Qəsdən olmasa, bu baş verməz”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ