SON DƏQİQƏ

PressDent.Info

“Maltalı jurnalistin qətlinin sifarişçiləri aşkar edilməlidir”

“Maltalı jurnalistin qətlinin sifarişçiləri aşkar edilməlidir”
9-05-2018, 19:41 6525 dəfə baxılıb

ABŞ Helsinki Komissiyasının sədri, senator Roger Wicker Malta və Slovekiyada öldürülən jurnalistlərin işilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, araşdırmaçı jurnalistlər korrupsiyanın qaranlıq dünyasına işıq tutmaqda əvəzsiz rol oynayırlar. Bu yaxınlarda maltalı jurnalist Daphne Caruana Galizia və slovakiyalı Yan Kuciakın qətlləri isə belə araşdırmaların ölümcül dərəcədə ciddi ola biləcəyini göstərir.

Mən Malta və Slovakiya hökumətlərini bu cəsarətli jurnalistlərin qətlinin sifarişçilərini tapmaq üçün əllərindən gələni etməyə çağırıram”, – deyə ABŞ rəsmisi bildirb.

Senator xatırladır ki, Caruana Galizia beynəlxalq mütəşəkkil cinayətkarlığa və onun Malta ilə əlaqəsinə dair araşdırmalarla tanınırdı: “O, Malta vətəndaşlığı satışını, pulların yuyulmasını və sanksiyalardan yayınmağı araşdırdı. Karyerası boyunca onu susdurmaq istəyənlərin hədə-qorxu və təhdidləri ilə üzləşib”. 

Galizia ötən ilin oktyabrında avtomobilinin partladılması nəticəsində öldürülüb. Roger Wicker vurğulayıb ki, qətllə bağlı təqsirkar bilinən bir neçə şəxs həbs olunub, amma sui-qəsdi sifariş edənlər hələ də azadlıqdadır. 

Slovekiyalı jurnalistin qətlinə gəlincə, senator bildirib ki, Kuciak ölkəsindəki maliyyəcinayətlərini, mütəşəkkil cinayətkarlığı və yüksək səviyyəli korrupsiyanı araşdırırdı. Onun qətli ilə bağlı həbs edilən olmasa da, ictimai etirazlar baş nazir də daxil olmaqla, yüksək vəzifəli dövlət məmurlarının istefasına səbəb olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ