SON DƏQİQƏ

PressDent.Info

Sosial mənzil satışında biabırçılıq

Sosial mənzil satışında biabırçılıq
8-05-2018, 20:10 7047 dəfə baxılıb

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. İdda edilir ki, insanlar sayta daxil olmadan mənzillər satılıb.

Bu barədə qurumun Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyən şəxslər məlumat verib.

Onlar qeyd edib ki, mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib.

“Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı”, – deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb.

Bu gün saat 11:10-da, yəni mənzillərin satışına başlamasından 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub.

Məsələ ilə bağlı MİDA açıqlama verməyib.

Qeyd edək ki, bu gündən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb. Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ