SON DƏQİQƏ

PressDent.Info

Dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Dələduzluq edən şirkət rəhbərinə hökm oxunub
1-05-2018, 15:19 16095 dəfə baxılıb

O, vətəndaşlara ev almaq adı ilə 210 min manatlıq dələduzluq etməkdə təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 210 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Sərvər Şeyxovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişlərin qaldırdığı mülki iddia da təmin olunub.

Qeyd edək ki(report), S.Şeyxov Bakıda 2 vətəndaşa ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manatlıq dələduzluq edib.

Həmin şəxslərə nə istintaq dövründə, nə də məhkəmədə dəymiş zərər ödənilməyib.

S.Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, o, bundan qabaq da dələduzluq əməli ilə məhkumluq həyatı yaşayıb. S.Şeyxov “Şatl” MMC-nin təsisçisi olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ