SON DƏQİQƏ

PressDent.Info

Mayk Pompeo Səudiyyə Ərəbistanındadır

Mayk Pompeo Səudiyyə Ərəbistanındadır
30-04-2018, 18:56 1914 dəfə baxılıb

ABŞ dövlət katibi Yaxın Şərqə ilk səfəri çərçivəsində İranı nüvə proqramına görə cəzalandırmaq çağırışları edir.

Mayk Pompeo Səudiyyə Ərəbistanı və onun qonşularını Qətərlə uzunmüddətli mübahisələrin həllinə səsləyib.

ABŞ rəsmiləri İranın Yəmən və Səudiyyə Ərəbistanı daxil edilməklə, regionda nüfuzunu artırmağa çalışdığını deyir.

Brüsseldə NATO xarici işlər nazirlərinin görüşünü başa çatdıran ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərq səfərinə şənbə günü start verib.

Üç gün davam edəcək səfər zamanı Pompeo Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyanı ziyarət edəcək. Orada o, ABŞ müttəfiqlərinə administrasiyanın İran siyasəti barədə məlumat verəcək.

Cümə günü Pompeo prezident Trampın İran nüvə razılığından geri çəkilib-çəkilməyəcəyi ilə bağlı hələ ki, qərar vermədiyini və danışıqların davam etdiyini deyib.

Bu vəzifədəki ilk mətbuat konfransı zamanı Pompeo “Əsaslı düzəlişlər olmadan, çatışmazlıqlar aradan qaldırılmadan, onun may ayından sonra razılıqda qalacağı gözlənilmir,” deyib.

Bundan bir neçə gün əvvəl Donald Tramp deyib ki,İranın nüvə arsenalı hazırlamasına icazə verilməyəcək.

“Onlar nüvə silahları hazırlamayacaqlar. Buna arxayın ola bilərsiniz,” deyə Tramp bildirib.

2015-ci ildə əldə olunan nüvə razılığı aradan qaldırılmasından sonra İranın nüvə proqramını bərpa etməsi təqdirdə, ABŞ-ın hansı cavab tədbirləri görəcəyinə dair suala Tramp, “mən hərbi gücdən istifadə edib-etməyəcəyim barədə danışmıram,” deyə cavab verib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ