SON DƏQİQƏ

PressDent.Info

Əli Kərimlidən Gözəl Bayramlıya ad günü təbriki

Əli Kərimlidən Gözəl Bayramlıya ad günü təbriki
27-04-2018, 20:19 3045 dəfə baxılıb

AXCP sədri Əli Kərimli hazırda həbsdə olan müavini Gözəl Bayramlını doğum günü münasibətilə təbrik edib:
“Əziz Gözəl xanım, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, bizə – sizin çoxsaylı dostlarınıza, əqidədaşlarınıza çox ağırdır ki, ad gününüzü “əsirlikdə”, məhbəs divarları arasında keçirirsiniz. Ancaq təsəllimiz odur ki, siz çox güclü xarakterə malik insansınız və həyatda qarşılaşdığınız məhrumiyyətlər sizi ruhdan salmaq iqtidarında deyil. Bəli, siz də başqa cür yaşaya bilərdiniz. Gənc yaşlarınızdan ciddi karyera əldə etmişdiniz. Böyük bir istehsalat birliyində müdir müavini idiniz. Vəzifə, maddiyyat baxımından istədiyinizi əldə edə bilərdiniz. Bütün qapılar üzünüzə açıq idi. Ancaq siz Vətənə, xalqa xidmət yolunu seçdiniz. Haqsızlığa uğrayanların, hüququ pozulanların yanında oldunuz. Hər yerdə ədalət axtardınız, hər yerdə ədalət aramanız sizi şərlə üz-üzə gətirdi. Ancaq siz qorxub şərin qarşısından qaçanlardan olmadınız, şərin üzərinə getdiniz.
Sağ olun ki, belə mərd və mübarizsiniz! Belə də davam edəcəyinizə heç bir şübhəm yoxdur. On minlərlə insan üçün mübarizə örnəyi, mərdlik simvolu olmaq böyük şərəfdir. Siz bu böyük şərəfi haqq edirsiniz. Sizi siyasi girovluqdan azad edə bilmədiyimiz üçün çox üzgünük, ancaq həm də sizin mübarizə əzminizlə, yenilməzliyinizlə fəxr edirik.
Əziz Gözəl xanım, sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə azadlıq, uzun ömür, can sağlığı, Vətən üçün çalışmalarınızda uğur arzu edirəm”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ