SON DƏQİQƏ

PressDent.Info

Vəkili İlqar Məmmədovla görüşüb

Vəkili İlqar Məmmədovla görüşüb
27-04-2018, 20:06 2436 dəfə baxılıb

Bu gün vəkil Fuad Ağayev 2 saylı koloniyada REAL Hərəkatının lideri İlqar Məmmədov ilə görüşüb.

F.Ağayev bildirib ki, onlar İ.Məmmədovun işi ilə bağlı AİHM qərarlarının icrasının vəziyyətini müzakirə ediblər.

“Saxlanma şəraiti əvvəlki kimidir, hələlik heç bir təzyiq yoxdur”, – vəkil qeyd edib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ildə İsmayıllıda baş vermiş etirazlardan sonra həbs edilib. Sonradan kütləvi iğtişaşların təşkili və polisə müqavimət ittihamları ilə 7 il azadlıqdan məhrum edilib.

AİHM İ.Məmmədova qarşı cinayət təqibinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət onu hələ də həbsdə saxlayır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ