SON DƏQİQƏ

PressDent.Info

Anar Məmmədli pulunu mənimsəyəndən məhkəməyə müraciət edib

Anar Məmmədli pulunu mənimsəyəndən məhkəməyə müraciət edib
24-04-2018, 18:59 7830 dəfə baxılıb

Hüquq müdafiəçisi Anar Məmmədov həbsdə olarkən ona verilmiş Havel mükafatında nəzərdə tutlmuş məbləği mənimsəmiş iş yoldaşı Nahid İsmayılovdan məhkəməyə müraciət etməyə məcbur olub. Bu barədə məlumatı hüquq müdafiəçisi fb səhifəsində yayıb:

“Avropa İnsan Hüquqları Məhkəməsinin mənim həbsimlə bağlı 3 gün öncə verdiyi qərarla bağlı həmkarlarımdan, dost və tanışlardan xeyli təbrik aldım. Hər kəsə ayrıca təşəkkür etməyə çalışdım. Bəzi yoldaşlarla söhbətlərim zamanı anladım ki, uzunmüddət geniş ictimaiyyətdən gizli saxladığım bir mənimsəmə olayı barədə açıqlama verməyiməehtiyac var.

Bildiyiniz kimi, 29 sentyabr 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) bir sıra QHT-lər və deputatların təşəbbüsü ilə məni Vaslav Havel İnsan Hüquqları Mükafatına layiq görüb. Bu mükafat həmçinin 60 min avro məbləğindəmaliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Ancaq təəsüf ki, mükafat üzrə mənəayrılmış maliyyə vəsaitini əldə edə bilməmişəm.

Məlumatı olmayanlar üçün bildirim ki, 28 noyabr 2013-cü ildə Şərq Tərəfdaşlıq ölkələri başçılarının sammitinə təşkilatımızla bağlı başlamış cinayət işi səbəbindən iştirakım mümkün olmadı və bu bır sıra beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılandı. Bundan sonra Avropadakı nüfuzlu QHT-lər və siyasi qruplar müxtəlif təşəbbüslər və bəyanatlarla çıxış etdilər. Həmin cinayət işi ilə bağlı apardığım müzakirələrin birində mənim beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən AŞPA-nın mükafatına namizəd göstərilməyim təklif edildi. İş elə gətirdi ki, bu müzakirələrimizdən təxminən iki həftə sonra həbs edildim və mükafatla bağlı yazışmaları yerli və beynəlxalq həmkarlarım apardı. Məsələn, yerli həmkarlarımızdan Leila Alieva mənim fəaliyyətim və həbsimlə bağlı məlumatların toplanmasında xüsusi yardım göstərib.

Mən həbsdə ikən, yəni 2014-cü ildə mənə mükafat təqdim ediləndə artıq bir çox həmkarlarım, o cümlədən müavinim Bashir Suleymanli həbsdə idi. Vətəndaş cəmiyyəti üçün kritik bir məqam idi. Belə bir şəraitdə  keçmiş iş yoldaşım Nahid İsmayılov atamın məlumatsızlığı və ona etibarından sui-istifadə bildirib ki, guya AŞPA-dan ayrılan maliyyə vəsaitini qəbul etməyi tələb edirlər. Bununla bağlı məlumatı həbsxanda olarkən atam dəfələrlə görüşlərimizdə bildirirdi. Ancaq 2016-cı ildə azadlığa çıxdıqdan sonra AŞPA-nın Katibliyi ilə görüşümdə bunun tamamilə yalan olduğu, Nahidin sadəcə AŞPA adından bizi altdatdığını dəqiqləşdirdim. Yəni AŞPA-dan Nahidəbildiriblər ki, mən həbsdən azad olunadək gözləyə bilərlər. Bu cür yanlış məlumatı həbsxanada dəqiqləşdirmək imkanım olmadığından, habelə ailə üzvlərimin AŞPA iləəlaqələri olmadığından atamın adına maliyyə vəsaitinin köçürülməsinə razılıq vermişəm.

Nahid isə maliyyə vəsaitini atamın bank hesabına deyil, onun Almaniyada yerləşən bank hesabına köçürülməsinə nail olur. Atama isə onun ingilis dilini bilməməsini, maliyyə vəsaitinin Bakıya köşürülməsinin təhlükəsini və sair səbəb gətirir. Nə isə, 24 noyabr 2015-ci ildə maliyyə vəsaiti Nahidin Almaniyada bank hesabına köçürülür, amma mən azadlığa çıxanadək, yəni növbəti 4 ay ərzində heç kimə məlumat vermir. Mən yalnız  2016-cı ilin aprelində maliyyə vəsaitinin artıq Almaniyada yerləşən bank hesabına köçürüldüyünü öyrənmişəm. Aprel və may ayları ərzində ona telefonla maliyyə vəsaitinin taleyi barədə soruşduqda o, gah bəzi biznes işləri olduğunu, gah da ürəyində ağrılar olduğu üçün səfərə gedə bilməyəcyini bildirirdi.

Yalnız iyun ayında Nahid keçmiş iş yoldaşlarıma və mənə telefon vasitəsilə maliyəvəsaitini xərclədiyini bildirib. Bu məlumatı eşidəndə xaricdəydim. Sonra Bakıya gəlib Nahid və ailə üzvləri ilə görüşdüm. Mənə sentyabradək vəsaiti qaytaracaqlarını bildirdilər. Amma bu müddət başa çatdı. Bundan sonra mülki iddia qaldıraraq maliyyəvəsaitinin ödənilməsi ilə bağlı Səbail rayon məhkəməsinə müraciət etdim.  Bu günədək Nahid məhkəm iclaslarının heç birinə gəlməyib. Həm öz tərəfimdən, həm də AŞPA tərəfindən zəruri sənədlər məhkəməyə təqdim edilsə də,  məhkəmə iclasları təxirəsalınıb. İndiyədək məhkəmənin bu işlə bağlı verəcəyi qərarı gözləyirəm. Şübhəetmirəm ki, bu işdə mənim iddiaçı tərəf olmağım məhkəmədə qərarın yubanmasında mühüm rol oynayır. Ancaq məsələnin maddi tərəfindən çox, mənəvi tərəfi məni üzdüyü üçün məhkəmənin bu barədə qərar verməsi üçün sonadək mübarizə aparacam.

P.S: Həbsxanada bir çox ideyalarım yaranmışdı, qeydlərim vardı. Onları bu mükafatın vəsaiti ilə həyata keçirəcək və çap etdirəcəkdim. Amma hamısı həbsdən çıxandan 4 ay sonra öz əhəmiyyətini itirdi.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ