SON DƏQİQƏ

PressDent.Info

Selcana dəstək Azərbaycanın gələcəyinə dəstəkdir

Selcana dəstək Azərbaycanın gələcəyinə dəstəkdir
19-04-2018, 20:35 11832 dəfə baxılıb

Bir qrup tanınmış Selcan Qəhrəmanlıya dəstək kampaniyasına başladı

Selcan Qəhrəmanlının 17 yaşı var. Onun atası Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir. Facebookda yazdığı statuslarına görə həbs edilib və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2015-ci ildən məhbusluq həyatı yaşayır. Anası Zümrüd Yağmur yazardır, bir neçə kitabın müəllifidir. Son əsəri – “Ölkə adı: 22” romanının satışına qadağan qoyulub. Həm də mediada tez-tez həssas ictimai mövzularda yazılarla çıxış edir. Siyasi məhbus ailələrinin Koordinasiya Mərkəzinin əlaqələndiricisidir.

Selcan ana dilindən başqa türk və ingilis, yapon dillərində sərbəst danışır, hazırda alman dilini öyrənir. Çox gənc olmasına baxmayaraq, bir neçə elmi məqalənin müəllifidir. Roman üzərində isi başa çatdırmaq üzrədir.

Bu istedadlı gənc bu il sənədlərini Kanadanın nüfuzlu Humber Universitetinin beynəlxalq əlaqələr fakültəsinə verib və ora qəbul olunub. Bu təkcə onun ailəsi üçün deyil, bu ailənin saysız-hesabsız dostları üçün böyük sevincdir. Amma Selcan bu Universitetdə təhsil haqqının qarşılanacağına ümid etsə də, təəssüf ki, bu təhsil müəssisəsinin bu ilki proqramında postsovet məkanından olan tələbələr üçün təhsil haqqında güzəşt nəzərdə tutulmayıb. Həmin təhsil müəssisəsində illik təhsil haqqı, yemək və qalma xərcləriilə birlikdə təxminən 22 min avro civarındadır.

Selcanın xaricdə təhsili iki səbəbdən çox arzuolunandır. Bu, həm onun ölkədə insan haqları, demokratiya və hüququn aliliyinin təmin olunması uğrunda uzun illərdir mübarizə aparan və buna görə təhdidlərə, təzyiqlərə məruz qalan ailəsinə və xüsusilə də onun hazırda həbsdə olan atasına böyük mənəvi dəstək olardı. Həmçinin çox istedadlı bir gəncin dünyanın nüfuzlu universitetlərindən birində aldığı təhsil əminik ki, onun çox sevdiyi və rühən bağlı olduğu ölkəsinə, xalqına geri qayıdacaq. Ona da əminik ki, Selcan kimi gənclərin öz potensialını ölkəsinin inkişafı və xalqının rifahı üçün sərf etmək imkanı əldə edə biləcəyi dövr çox uzaqda deyil.

Selcanın təhsil alması üçün keçiriləcək hər hansı məbləğ onun və ailəsi üçün qiymətlidir, daha qiymətli olan isə diqqətdir. Xüsusilə, xaricdə yaşayan mesenatlarımızdan bu istedadlı gəncə və onun dəyərli ailəsinə dəstək olmaları xahiş olunur.

Yardım üçün bank hesabının nömrəsi aşağıda təqdim edilir:

Alan müştərinin adı: Qəhrəmanlı Selcan Fuad qızı

Alan müştərinin hesab nömrəsi: İBANAZ18IBAZ33811018406099468202

Alan bank: İnternational Bank of Azerbaijan

Alan bankın SWIFT kodu: IBAZAZ2X

Anar Məmmədli, hüquq müdafiəçisi

Akif Qurbanov, QHT lideri

Ənnağı Hacıbəyli, hüquqçu

Ələsgər Məmmədli, hüquqçu

Əlaif Həsənov, hüquqçu

Əsabəli Mustafayev, vəkil

Fariz Namazlı, vəkil

Xalid Bağırov, hüquqçu

Xədicə İsmayıl, jurnalist

İntiqam Əliyev, hüquqçu

Rəsul Cəfərov, huquq müdəfiəçisi

Rövşən Hacıbəyli, jurnalist

Samir Kazımlı, jurnalist

Şahvələd Çobanoğlu, jurnalist

Yalçın İmanov, hüquqçu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ