SON DƏQİQƏ

PressDent.Info

Mirşahinin həbsdə olan qardaşına “yox” deyildi

Mirşahinin həbsdə olan qardaşına “yox” deyildi
19-04-2018, 20:25 13050 dəfə baxılıb

ANS-in vitse-prezidenti, hazırda isə  “Real TV”nin icraçı direktoru Mirşahin Ağayevin həbsdə olan böyük qardaşı Mirəddin Ağayevin apellyasiya şikayəti təmin olunmayıb. İşə düzəltmək adı iləadamlardan pul alıb onları aldatmaqda ittiham olunan Mirəddin Ağayevin üç il azadlıqdan məhrum edilməsi barədə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Mirəddin Ağayev apellyasiya şikayətində şərti cəza ilə azadlığa buraxılmasını istəmişdi. Amma Bakı Apellyasiya Məhkəməsi ona rədd cavabı verib.

Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat ziyan vurmaqda günahlandırılır. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə zərəəkmişlər bildiriblər ki, Mirəddin Ağayev onlardan pulu alarkən işədüzəltmək məsələsində Mirşahinin yardım edəcəyini deyib. Onlar da Mirşahinə görəinanıb pulu veriblər.

Mirəddin Ağayev ixtisasca həkimdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ