SON DƏQİQƏ

PressDent.Info

Zümrüd Yağmur ailəsindən imtina etdi

Zümrüd Yağmur ailəsindən imtina etdi
17-04-2018, 20:10 7482 dəfə baxılıb

Yazıçı Zümrüd Yağmur ailəsindən imtina edib. O bununla bağlı özünün FB səhifəsində yazıb:

“Bu yazını yazmaqdan uzun müddət yayındım. Açığını deyim ki, qarşılaşdığım təhdid və ya təyziqləri yazmaq kimi vərdişim yoxdur. Amma indi yazmamaq kimi bir lüksüm də yoxdur.
Burdan kimsəyə, ayrıca olaraq hansısa quruma və ya şəxsə müraciət etməyəcəm. Yəqin ki, hər kəs özünə aid olan hissəni anlayacaq. Artıq uzun müddətdir ki, doğulub böyüdüyüm ailə üzvlərimə müxtəlif təziqlər olur. Niyə? Çünki onların bacısı Zümrüd Yağmurdu və birilərinə görə mən vətən xainiyəm. Bu düşüncəyə şərh verməyəcəm. Sadəcə, burdan bəyan edirəm k, doğulub böyüdüyüm ailədən necə deyərlər, bağımsızlığımı 18 yaşında elan etmişəm. Bu həyatda atamdan daha çox dəyər verdiyim biri də olmayıb, mənim üçün məğrur bir insan kimi məhz qüruru, əl öpməməyi, yaltaqlanmamağı, inandıqları üçün inadkar olmağı və prinsipiallığı dəyər kimi qoyub getmiş o Böyük İnsan övladı üçün rahatsız olub bunu dilə gətirəndə, məndən daha ehtiyatlı olmağı istəyəndə ona belə azadlığım, əqidəmdən güzəştə getməmişəm. Atama getmədiyim güzəşti də indi kimsəyə getmək niyyətində deyiləm.
Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur, şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qalmışam. İndi olanlar, mənə olan basqılar geri addım atmam üçün səbəb ola bilməz. Əgər sizə imtina etməmi açıq dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm və bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyatı yoxdur”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ