SON DƏQİQƏ

PressDent.Info

Klinika ölüm ayağına saldığı xəstəni qəbul etməyib

Klinika ölüm ayağına saldığı xəstəni qəbul etməyib
17-04-2018, 20:04 7308 dəfə baxılıb

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb. Həmkarlarının sözlərinə görə, Ə.Bayramlı sağlam adam olub, sadəcə ayağını yerə basmaqda çətinlik çəkirmiş. Buna görə də əməliyyat olunub. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ