SON DƏQİQƏ

PressDent.Info

Prezidentliyə namizədin öldürüləcəyi xəbərini verdilər

Prezidentliyə namizədin öldürüləcəyi xəbərini verdilər
4-04-2018, 20:29 7743 dəfə baxılıb

Azərbaycanıln xüsusi xidmət orqanlarından Azadlığa ötürülən xəbərdə belə deyilir

«Azadlıq»a seçki kampaniyasının gedişi ilə bağlı ilginc xəbər daxil olub. Bu, prezidentliyə namizədlərdən birinin həyatı ilə bağlı məsələdir. Azərbaycanın xüsusi xidmət orqanlarındakı mənbənin saytımıza verdiyi xəbərdə bildirilir ki, prezidentliyə namizədlərdən birinə qarşı sui- qəsd həyata keçirərək bunu müxalifət liderlərinin üzərinə atmaq istəyirlər. Görünür, yaxın günlərdə prezidentliyə namizədlərin ritorikaslını sərtləşdirmək və onlardan açıq təhqir mikrofonu kimi istifadə etmək nəzərdə tutulur. Bizə verilən dəqiq xəbərdə də bu ssenari təsvir edilir. «Onlardan biri çox açıq təhqirlərlə müxalifət liderlərinə qarşı hücuma keçəcək və sonra da onu aradan götürüb zibilini atacaqlar müxalifətçilərin üstünə». Mənbə bildirir ki, prezidentliyə namizədin qətli üçün nəzərdə tutulan killerlərdən bəzilərinin mobil telefonundan indidən bəzi müxalifət liderlərinin telefonuna zəng etdirə də bilərlər ki, onların aralarında guya hansısa danışıqların olduğunu da sonradan «sənədləşdirə» bilsinlər. Buna görə də, müxalifət liderləri və tanınmış funksionerlər bu arada naməlum nömrələrdən gələn zənglərə cavab verməsələr və həmin nömrələrə geri zəng etməsələr yaxşıdır. Bu da profilaktik məsləhətdir.

Bizə məlumat verən mənbə bildirir ki, prezidentliyə namizədlərdən birinin «qisas» zəminində aradan götürülməsi nəzərdə tutulursa, bu şəxs, böyük ehtimalla, Hafiz Hacıyev olacaq və indi ssenari bu adamın üzərində qurulub. Maraqlıdır ki, bu yaxınlarda Hafiz Hacıyev özü də bilmədən bir sirrin üstünü açmışdı ki, onun çıxışlarının süjetini prezident administrasiyası, konkret olaraq Əli Həsənov müəyyən edir…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ