SON DƏQİQƏ

PressDent.Info

Hüseyn Abdullayev hakimiyyətə “qara təbrik” yolladı

Hüseyn Abdullayev hakimiyyətə “qara təbrik” yolladı
19-03-2018, 22:32 7482 dəfə baxılıb

“Quyruğunuz qapı arasında qalanda, mənə “qardaş” deyib sarılırdız”

Sabiq deputat Hüseyn Abdullayev hakimiyyət mətbuatının mühacirlərə qarşı qara piarına sərt cavablar verdi. O, facebook səhifəsində yazdığı bayram təbrikini hökumət məmurlarına qarşı ittihamla davam etdi:

 

“İstər Azərbaycanda, istərsə də onun hüdudlarından uzaqda yaşamağa məcbur qalan bütün soydaşlarımı təbrik edir, hər birine möhkəm cansağlığı və uğurlar diləyirəm. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, heç kim ümidsizliye qapılıb ruhdan düşməsin. Bəli, bu bir acı həqiqətdir ki, millətimiz mövcud rejimin ucbatından ən ağır və ən dözülməz şəraitdə yaşamağa məhkum edilib. Dərin iqtisadi böhran elə bir həddə çatıb ki, insanlar özlərinin adi ehtiyaclarını belə təmin etməkdə çətinlik çəkir, çarə yolunu isə ölkəmizi tərk etməkdə görürlər. Məsələnin başqa bir acınacaqlı tərəfi də ondadır ki, həmin bu vəziyyəti yaradan iqtidar nümayəndələri utanmadan və həyasızcasına qalxıb bizim ünvanımıza əsassız fikirlər söyləyir, hətta ”Vətən xaini” damğasını vurmağa belə cəsarət edirlər. Adamın bir mənliyi və şərəfi olar, düşmənçiliyi də edəndə, kişi kimi edər. Son günlər Əli Həsənovun nəzarətində olan televiziya kanalları, eləcə bir qrup satqın və pula görə hər murdarlığa gedən jurnalistlər mənə və vətənini məndən heç də az sevməyən mühacirlərə qarşı olmazın şər – böhtan təbliğatını aparırlar. Sənin necə dilin gəlir mənə vətən xaini deməyə, üstəlik meni anti – milli siyasət aparmaqda ittiham etməyə, ay Əli? Bəs niyə 90 – cı illərin əvvəllərində mənim şirkətimdə ”Qapançı” işləyəndə və aybaay aldığın bol maaşla öz ailənin ehtiyaclarını təmin edəndə, mənə Vətən xaini demirdin? Görünür sənin yaddaşın yenə pozulub. Axı prezident aparatındakı ilk kabinetinin təmiri, mebellərin alınması ve bahalı kompyuterlərlə təmin olunmasında mehz mənim köməyim nəticəsində həyata keçirilib. Nəinki sənə, sənin kimi digər mənim hesabıma əyinlərinə şalvar geyənlərin hamsına haram etmişəm. İnşallah bir gün fitil – fitil burnunuzdan tökülər. Əgər öz ölkəsində hüquqi dövlətin qurulmasını tələb etmək və sözdə deyil, əməldə qanunun aliliyini üstün tutmaq və hər kəsin bərabər hüquqlara sahib olduğu demokratik bir quruluşu arzulamaq vətənə xəyanətdirsə, mən vətən xainiyəm.
Buradan Azərbaycanın despot rejiminə səslənirəm. Niyə Heydər Əliyevin ən ağır günlərində ona maliyyə dəstəyi verəndə, mənə vətən xaini və cinayətkar demirdiniz? Niyə quyruğunuz qapı arasında qalanda, mənə “qardaş” deyib, dördəlli sarılırdınız? Siz mənə və mənim ailəmə qarşı çox haqsızlıqlar və alçaqlıqlar etmisiniz. İlham Əliyev başda olmaqla sizin hamınız gedin mənim Anamın göz yaşlarına qurban olun. Yoxsa sizin başınıza elə bir oyun açardım ki, doğulduğunuza belə peşman olardınız. Bir daha əziz xalqımı bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, çıxış yolunu doğma yurdunu tərk etmək istəyənlərə isə, yad eldə yaşamaq, sizə heç də asan gəlməsin deyirəm. Çünkü bir insan qürbətə getməklə sadəcə ana yurdundan deyil, həm də onun illər boyu bize bəxş etdiyi adət – ənənədən, böyüyüb boya – başa çatdığı isti atmosferdən, bayramlardan və digər qiymətli dəyərlərdən uzaq düşmək məcburiyyətinde qalır”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ