SON DƏQİQƏ

PressDent.Info

“Turan TV”nin əməkdaşının qohumunun həbs müddəti daha 2 ay uzadılıb

“Turan TV”nin əməkdaşının qohumunun həbs müddəti daha 2 ay uzadılıb
16-03-2018, 22:18 5916 dəfə baxılıb

Turan tv-nin əməkdaşı, “Xəbər var” proqramının aparıcısı Türkel Azərtürkün bacanağı Emin Saqiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha bir neçə ay uzadıblar. Bu barədə Türkel Azərtürk fb səhifəsində yazıb: “Eminin narkotiki kimdən “alıb”, kimə “satmaq istədiyi” 4 ayda hələ müəyyən edilə bilməyib. Biz ümid edirik ki, bu günlərdə müstəntiqin başına almadan (oxu: daş) zaddan düəcək və o da “Evrika!” (Tapdım!) deyib, işi məhkəməyə göndərəcək”.

Xatırladaq ki,  Emin Saqiyev ötn ilin noyabr ayında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsilə (narkotik vasitələrin külli miqdarda satışı) ittiham irəli sürüblər.

T.Azərtürk bildirir ki, bacanağının həbsi məhz onun siyasi mövqeyi, hökuməti tənqid edən mediada çalışması ilə əlaqəlidir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ