SON DƏQİQƏ

PressDent.Info

Bübüloğlu Azərbaycan xalqının arzusunu necə təhrif etdi?

Bübüloğlu Azərbaycan xalqının arzusunu necə təhrif etdi?
14-03-2018, 22:19 4263 dəfə baxılıb

Yaxud Polad neçə dərəcədə əriyir?

Biz xalq olaraq təkcə normal yaşamağın, qanunun aliliyinin, sərvətlərin ədalətli bölgüsünün həsrtətində deyilik. Həm də bizi təmsil edənlərin xalqın, dövlətin maraqlarından çıxış etməsinin həsrətindəyik. Amma şahid olduğumuz budur ki, hökumət təmsilçiləri birqayda olaraq hökumətin maraqlarını təmin etməyə, xalqın problemlərini isə ört-basdır etməyə çalışırlar. Bəli, dövlətə xidmət, hökumətə xidmətin tozuna da çata bilmir.

Təkcə hökumət təmsilçilərinin Rusiyaya münasibətini analiz edəndə aydın olur ki, Qarabağ münaqişəsinin ədalətli həllini tapmaması da, xarici siyasətdə Azərbyacanın uduzması da təbiidir. Çünki Azərbaycan hakimiyyətinin bütün fəaliyyəti Qarabağı Rusiyaya güzəştə getmək qənaəti formalaşdırır. Bugünə qədər hansısa hökumət sözçüsünün Rusiyaya açıq etiraz etməsi, bu ölkənin ermənipərəst siyasətinə adekvat cavab sərgilməsi müşahidə olunmayıb. Əksinə, bütün hallarda Rusiyanı öyməyə, Qərbi söyməyə girişiblər.

Bugünlərdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının arzusunu Rusiya ictimaiyyətinə çatdırıb. Daha doğrusu, Azərbyacan xalqının adından hökumətin arzusunu çatdırıb.

“Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması və bu ölkənin uğurla inkişaf etməsidir”.

Bu sözləri  Polad Bülbüloğlu Rusiyada prezidend seçkiləri ilə bağlı Moskva Dövlət Humanitar İqtisad Universitetində təşkil olunmuş tədbirdə bildirib.

Göründüyü kimi Polad Bülbüloğlu Azərbaycan xalqının arzusunu hökumət dilinə tərcümə edərək tirajlayıb. Hansıki, Polad Bülbüloğlu “Azərbaycan xalqının istəyi budur ki, Rusiya münaqişənin həllində Ermənistanın tərəfini tutmasın, işğalçıya açıq dəstəkdən imtina etsin, torpaqların azad edilməsinə əngəl törətməsin. Eyni izamanda xalqımızın arzusu qonşu Rusiyanın demokratikləşməsidir” söyləməliydi.

Amma Polad Bülübüloğlu demokratik ölkəni təmsil etmədiyinə görə, avtoritarizmə şam yandırmaq yolunu tutub. Sanki, 25 illik işğalda, Xocalı soyqırımında, 20 yanvar faciəsində, Ermənistanın ayaqda qalmasında birmənalı səbəb Rusiya deyilmiş. Hamı yaxşı bilir ki, indiki Rusiya rəhbərliyi gücləndikcə, torpaqların işğaldan azad olması da, Azərbaycanın demokratikləşməsi də çətinləşir.

Bir sözlə, səfirimizin adı Polad olsa da, özü polad ola bilmədi. Səhv etmirəmsə polad 1530 dərəcədə əriyir. Bizim Poladımıza isə istilik lazım olmayıb, soyuq şimal ellərində əriməyə başlayıb. O qədər əriyib ki, Azərbaycan xalqının saysız-hesabsız arzularını Putinin prezident kürsüsüylə əvəzləyə bilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ