SON DƏQİQƏ

PressDent.Info

Bələdiyyələrə 25 nəfər trol təmin etmək tapşırılıb

Bələdiyyələrə 25 nəfər trol təmin etmək tapşırılıb
22-01-2018, 19:42 18357 dəfə baxılıb

Hökumət rəsmiləri ölkə bələdiyyələrinin troll fəaliyyətinə cəlb olunması ilə bağlı gizli göstəriş verib. Bu barədə qəzetimizə rayon bələdiyyəsində çalışan bir nəfər məlumat verib. Onun sözlərinə görə bu işə ölkə üzrə hər bələdiyyənin öhdəsinə 25 nəfər cəlb etmək tapşırılıb. Onların işi müxalif şəxslərin və müxalif yönümlü səhifələrin paylaşımlarında hökuməti tərif edən şərhlər yazmaqdan, virtual səsvermələrdə müəyyən namizədləri dəstəkləməkdən ibarət olacaq. Bələdiyyə işçisi deyir ki, troll fəaliyyətinə təkcə onları deyil, icra hakimiyyətlərindən tutmuş məscidlərə qədər hər kəsi cəlb edirlər. “İnsanları məcbur edirlər ki, həm saxta profillərlə, həm də öz adları ilə bu işdə iştirak etsinlər. AXCP sədri Əli Kərimlinin səhifəsində Qobustan və Nərimanov rayon İcra Hakimiyyətlərinin işçilərinin hökuməti tərif edən rəylər yazdığını özüm görmüşəm. Diqqət etsəniz, siz də görərsiniz.” Ondan bunun müqabilində qazanclarının nə qədər olacağını soruşanda cavab verib ki, bu iş müqabilində onlara heç nə ödənmir. “Bildiyimə görə, maaşı ancaq Bakıda oturan mərkəzi trol qrupuna verirlər. Deyilənə görə, son zamanlar onlara maaş vermək çətinliyi yarandığına görə, işə bütün büdcə təşkilatlarını, özəl müəssisələri, mağazaları da cəlb etmək tapşırılıb.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ