SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Türkiyədə etirazlar – VİDEO

Türkiyədə etirazlar – VİDEO
18-08-2015, 00:18 37532 dəfə baxılıb

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda terror hücumlarını pisləmək üçün yüzlərlə insan Atatürk abidəsi qarşısında toplanaraq yürüş keçirib. ANS TV-nin məlumatına görə PKK terrorçu qruplaşması əleyhinə şüarlar səsləndirən qrup Atatürk küçəsinin kəsişməsində polis kartonları ilə üzləşib. Polis etirazçıların Kürdyönümlü Xalqların Demokratik Partiyasının şöbəsinin yerləşdiyi küçəyə keçməsinə icazə verməyib. Buna baxmayaraq bir qrup etirazçı polis maneələrini aşaraq, HDP binasının qarşısına gəlib. Etirazçılar binadan Türk bayrağı asıb, HDP yazı lövhəsini sökmək istəyincə, polislə etirazçılar arasında gərginlik yaranıb.


Paralel olaraq İskele küçəsi ilə yürüşü davam etdirən etirazçılar şərq bölgəsindən olan bəzi işadamları və dükan sahibləri ilə toqquşub. İki qrup arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Bir-birinə daş atən tərəfləri ayırmaq üçün polis gözyaşardıcı qazla müdaxilə edib. Yaşanan iğtişaşlar zamanı ətrafdakı təsərrüfat obyektlərinə ziyan dəyib. Biri ağır olmaqla 10 nəfər yaralanıb.


Diyarbəkirin Bağlar rayonunda üzü maskalı bir qrup etirazçı yolları bağlayaraq, barikadalar qurub. Çevik Polis dəstəsi zirehli texnikaya daş və alışqan materiallarla hücum edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqları tətbiq edib. Müdaxilədən sonra etirazçılar arxa küçələrə dağılışsa da, gərginliklə əlaqdar bir çox sahibkar dükanlarını bağlamalı olub.


Oxşar toqquşmalar Qaziantep şəhərində də yaşanıb. İcazəsiz aksiya keçirməyə çalıan PKK tərəfdarları asayış keşikçilərinə daş və molotov kokteylləri ilə hücum edib. Hadisə yerində gücləndirilmiş təhlükəsizlik tədbiləri həyata keçirilib.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ