SON DƏQİQƏ

PressDent.Info

Xarici şirkətlər Azərbaycan hakimiyyətinə etibar etmir

Xarici şirkətlər Azərbaycan hakimiyyətinə etibar etmir
9-10-2017, 14:41 3654 dəfə baxılıb

İqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması məqsədi ilə 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya fonduna, beynəlxalq konsaltinq şirkətinə müraciətlər ünvanlayıb.

Hələlik özəlləşdirmədə yalnız yerli şirkətlər iştirak edir.

Xarici investorların özəlləşmə prosesinə xarici cəlb edilməsi məqsədilə Almaniya, ABŞ, Fransa, Ukrayna, Rusiya Çin, Türkiyə, Hindistan, İngiltərə, İran, BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilib. Özəlləşdirilmə prosesinə yatırılan əcnəbi sərmayələrin artırılması məqsədilə, Amerika Ticarət Palatası, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Qara Dəniz İxracatçılar Birliyi ilə birgə əməkdaşlıq istiqamətində işlər görülüb. Özəlləşdirməyə çıxarılan müəssisələr barədə təqdimatlar Bakıda və xaricdə təşkil edilən biznes forumlarda keçirilib. Bu görüş və tədbirlərin nəticəsi barədə məlumat verilmir.

Bu il ƏMDK 40-dək hərrac keçirib. Onlara 1400 müəssisə və obyekt çıxarılıb. Amma onların çoxu müştəri olmadığı üçün təkrar təklif edilir. Komitə 2016-cı ilin sentyabrından investisiya müsabiqəsi yolu ilə Daşkəsən Dağ-Mədən Kombinatını satmaq istəyir. Bu müəssisə iki dəfə investisiya müsabiqəsi yolu ilə xarici investorlara təklif edilib, amma sonradan nəticələr ləğv edilib, amma investorlara kompensasiya verilməyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ