SON DƏQİQƏ

PressDent.Info

Bakı Astara yolu pullu olacaq

Bakı Astara yolu pullu olacaq
26-09-2017, 19:21 7830 dəfə baxılıb

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə məlumatı açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli verib.

Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: “Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir”.

A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: “Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir”.

Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə Trend-əbildirmişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü vəçəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ