SON DƏQİQƏ

PressDent.Info

Bakıda zibil qabları da dil açdı - FOTO

Bakıda zibil qabları da dil açdı - FOTO
17-08-2015, 20:24 21351 dəfə baxılıb

Bakı çox mədəni şəhərdir. Buna heç kim şübhə edə bilməz. Şərqin ilk operası, ilk teatrı bu şəhərdə yaradılıb. Bu şəhərdən Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi dünya şöhrətli bəstəkarlar və Rəşid Behbudov, Zeynəb Xanlarova kimi səsi ilə dünyanı fəth edən müğənnilər çıxıb. Bir zamanlar burada nəşr olunan "Molla Nəsrəddin" jurnalı bütün Yaxın Şərqin sevimli dərgisinə çevrilmişdi. Bakının hər küçəsində, hər bucağında bir tarix yatır. Bu tarix yüksək mədəniyyəti özündə toplayıb.
 
Bütün bunlarla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, şəhərimizdə mədəniyyətsiz insanların sayı da az deyil. Hər gün bu insanlar tarixə çevrilmiş, yüksək mədəniyyəti simvolizə edən küçələri özlərinin ucuz tullantıları ilə çirkləndirirlər. Kimisi çəkdiyi siqaretin kötüyünü, kimisi içdiyi suyun şüşəsini, kimisi də yediyi fast-fudun qabını küçələrə atır. Sanki belə də olmalı imiş kimi də çıxıb gedirlər.
 
Bu cür mədəniyyətsiz davranışlar bəzən şəhərimizin küçələrində qalaq-qalaq zibillərin toplanması ilə nəticələnir. Burada, sözsüz ki, bütün günahları vətəndaşların üzərinə də yıxmaq olmaz. İcra hakimiyyəti orqanları və bələdiyyələr bəzən öz işlərini tam olaraq görmədikləri üçün küçələrdə zibil qutusu tapmaq çətin olur. Ancaq elə də olur ki, zibillər olan qutulara deyil, onun yan-yörəsinə atılır.
 
Bakıda zibil qabları da belə mədəniyyətsiz vətəndaşların ucbatından dil açıb. Onlara yalvarır ki, "nə olar, zibili mənə atın", "Xahiş edirəm, tullantını mənə atın". Belə zibil qablarını şəhərdə tez-tez görmək olur.
 
Zibil qutularını dil açmağa vadar edən elə özümüzük. Ayıb deyilmi bizə?
 
Bakıda zibil qabları da dil açdı - FOTO
 
Bakıda zibil qabları da dil açdı - FOTO

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ