SON DƏQİQƏ

PressDent.Info

AAAF Park sakinləri aksiya keçirib

AAAF Park sakinləri aksiya keçirib
18-09-2017, 11:19 7221 dəfə baxılıb

AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.

Sakinlər kompleksdə qaz və lift olmamasına etiraz edirlər.

Onlar biildirir ki, camaatdan qaz sayğaclarının pulu yığılsa da, 2 ildir qaz verilmir.

Bundan başqa, evlər satılanda əhaliyə binaların istilik sistemi ilə təchiz ediləcəyi barədə təminat da veriblər. Lakin, geridə qalan müddətdə verilən sözlərə əməl edilməyib. Camaat qarşıdan gələn qış aylarında mənzillərə istilik verilib-verilməyəcəyini bilmir.

Sakinlər bildirib ki, qaz, istilik və lift problemi tezliklə həll olunmasa aksiyaya davam edəcəklər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ