SON DƏQİQƏ

PressDent.Info

Rusiyadakı azərbaycanlıların 58 faizi vətənə qayıtmaq istəmir

Rusiyadakı azərbaycanlıların 58 faizi vətənə qayıtmaq istəmir
14-08-2017, 19:12 6612 dəfə baxılıb

Rusiyada olan miqrantlar arasında ən yüksək əməkhaqqını Belarus, Azərbaycan və Gürcüstandan olanlar alır.

Bu barədə “Kommersant”a xəbər verir.

Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin apardığı araşdırmalara əsasən, 2017-ci ildə leqal miqrant statusunda azərbaycanlılar və gürcülər orta hesabla 35,9 min. rubl (600 ABŞ dolları) maaş alırlar.

Birinci yeri Belarusdan olan miqrantlar tutur – 41,1 min. rubl (686 ABŞ dolları).

Ermənistandan olan əmək miqrantlarının maaşı orta hesabla 31,1 min. rubl (519 ABŞ dolları) təşkil edir.

Qeyd edilir ki, adətən azərbaycanlılar Rusiyaya qısa müddətə gəlirlər və onların əksəriyyəti öz həmyerlilərinin müəssisələrində, ticarət sahəsində işləyir.

Azərbaycanlı miqrantlar arasında keçirilən sorğuya əsasən, miqrantların 58,1% Rusiyada daimi qalmaq arzusunda, 17,5% tez-tez vətəninə gedib-gəlmək, 9,2% Rusiyada 1-2 il işləmək, 5,8% RF-də bir neçə ay işləyib qazanc əldə etmək niyyətindədir. Digər sorgu iştirakçıları cavab verməkdə çətinlik çəkib.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ