SON DƏQİQƏ

PressDent.Info

“Credit Suisse”: FED 2018-ci ildə üç dəfə faiz artıracaq

“Credit Suisse”: FED 2018-ci ildə üç dəfə faiz artıracaq
23-06-2017, 17:02 7569 dəfə baxılıb

ABŞ iqtisadiyyatının cari ilin ilk yarısında zəif artım tempi inflyasiyanın azalmasına və əmək haqlarının zəif yüksəlməsinə səbəb olub. “Report” İsveçrənin “Credit Suisse” bankının hesabatına istinadən bildirir ki, cari ilin II yarısından etibarən ABŞ iqtisadiyyatında vəzəyyətin düzələcəyi gözlənilir.

Bankın Asiya-Sakit Okean regionu üzrə baş investisiya analitiki Con Vuds (John Woods) hesab edir ki, Bankın ekspertləri FED rəhbəri Canet Yellenin (Jannet Yellen) mövqeyi ilə razıdırlar və ilin sonuna qədər daha bir faiz artımı qərarı gözləyirlər. Növbəti ildə isə “Credit Suisse” FED-in daha üç dəfə faiz artıracağını ehtimal edir. Bank həmçinin Almaniya və Britaniya istiqrazlarının gəlirliliyinin artacağını proqnozlaşdırır.

Əgər “Credit Suisse” bankının proqnozları özünü doğruldarsa, ABŞ dollarının gələn il kəskin möhkəmlənməsi gözlənilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ