SON DƏQİQƏ

PressDent.Info

İŞİD təyyarələri partlatmaq üçün noutbuklar hazırlayır

İŞİD təyyarələri partlatmaq üçün noutbuklar hazırlayır
13-06-2017, 19:33 8874 dəfə baxılıb

İŞİD sərnişin təyyarələrini partlatmaq üçün xüsusi noutbuklar hazırlayır.

“The New York Times”ın İsrail xüsusi xidmət orqanlarına istinadən yaydığı xəbərə görə, içərisində partlayıcı qurğular yerləşdirilən bu noutbukları müəyyən etmək mümkün deyil.

Belə ki, xüsusi xidmət orqanlarının hava limanlarında istifadə etdiyi avadanlıqlar yuklərdə olan bu noutbukları görə bilmir.

Qəzet yazır ki, bu məlumat sərnişin təyyarələrinə noutbukların keçirilməsinə qadağanı gündəmə gətirib.

Buna qədər ABŞ bu qadağanı yalnız Yaxın Şərq və Şimali Afrika vətəndaşları üçün tətbiq edirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ