SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

“Siyəzən işi” məhkəməsi istintaqsız aparılacaq

“Siyəzən işi” məhkəməsi istintaqsız aparılacaq
2-06-2017, 16:29 25926 dəfə baxılıb

Məhkəmə həbsdə olan 11 nəfərin apaellyasiya şikayətinə baxır

İyunun 1-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə Siyəzən hadisələrinə görə tutulan şəxslərin apellyasiya şikayətləri üzrə ilkin baxış başlayıb.

Dövlət ittihamçısı Zəfər Ramazanovdur.

2016-cı il yanvarın 12 və 13-də Siyəzən rayonunda unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanılıb. Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər – Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu il martın 29-da Quba Rayon Məhkəməsi M.Əzimov və Z.Şəkərovu 6 il, F. Kərimov, A. Süleymanov, N.Məstanov, C. Bəgişov, T.Ağamalıyev, E. Əliyev, K.Abdullayev və N. Qəniyevi 4 il, A.Səfərlini 2 il azadlıqdan məhrum edib.

İyunun 1-də keçirilən prosesdə təqsirlənirilən ioştirak etməyib. Hakim həmin şəxslərin uilkin baxış iclasında işrirak etmək istəmədiyini deyib.

Vəkillər Elçin Sadıqov, Yahya Nəzərov, Elmar Quliyev, Akif Məmmədov, Polad Məhərrəmov məhkəmə prosesinin qismən istintaqla aparılması barədə vəsatət qaldırıb.

Vəkil Akif Məmmədov bildirib ki, Quba Rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə işə baxılarkən onlar məhkəmə protokolları ilə tanış ola bilməyiblər.

“Quba Rayon Məhkəməsində zərərçəkənlər kimlərin onlara neçə zərər vurduqlarını deyə bilməyiblər. Təqsirləndirilən şəxslər istintaq zamanı təzyiq altında ifadə veriblər. Bu səbədən prosesin istintaqla aparılmasını istəyirik”, o qeyd edib.

Vəkil Yəhya Nəzərov deyib ki, müdafiə etdiyi Fariz Kərimov hadisə zamanı işdə olub.

“Amma, Quba Rayon Məhkəməsi bu işi araşdırmadı. Xahiş edirəm məhkəmə prosesi istintaqla aparılsın”.

Vəkil Elçin Sadıqov zərəçəkənlərin yenidən dindirilməsini də məhkəmədən xahiş etdi.

Dövlət ittihamçısı bilsdirib ki, birinci instansiya məhkəməsi mümkün olan sübutları araşdırıb.

“Apellyasiya Məhkəməsi üçün araşdırmağa iş qalmayıb, prosesin istintaqla aparılmasına ehtiyac yoxdur”, prokuror vəsatətlərin təmin edilməməsini, həmçinin həbs qətimakna tədbirinin dəyişdirilməməsini xahiş edib.

Beləliklə, hakim vəsatətləri təmin etməyib və məhkəmə baxıçını iyunun 20-də saat 11-ə təyin edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ