SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

“SOCAR” niyə texniki operator ola bilmədi?

“SOCAR” niyə texniki operator ola bilmədi?
22-05-2017, 14:45 25404 dəfə baxılıb

Artıq dörd ildir “SOCAR” Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi (CQBKG) layihəsinin operatorluğunu öhdəsinə götürmək  istəyir. O, 2013-cü ildə boru kəməri sahiblərinin yenidən təsdiqlənmiş sazişini əsas tutaraq operatorluğa iddia edir. Sazişin yeni variantı “SOCAR”a həqiqətən kəmərin texniki və kommersiya operatoru  olmaq hüququ verir. “Statoil” öz səhmlərini CQBKŞ-nə satmağa və kommersiya operatoru kimi öz öhdəliklərindən imtina etməyə qərar verdikdən sonra “SOCAR”ın bu istəyi daha da reallaşdı. “SOCAR” və BP  arasında aparılan müzakirələr nəticəsində də qərara alındı ki, “SOCAR” bu vəzifəni öhdəsinə götürə bilər.

Sıra gəldi texniki operatorluq məsələsinə. Məsələ müzakirəyə çıxarılmağına çıxarıldı, amma işlərin BP tərəfindən “SOCAR”a təhvil verilməsi uzandıqca uzandı. 2015-ci ildən başlayan texniki müzakirələr yeni iş bölgüsü, müxtəlif layihələrin əməliyyat heyətləri arasında öhdəliklərin ötürülməsi, obyektlər, əməliyyat sahələri, birgə xidmətlərin bölgüsü və başqa məsələləri əhatə edirdi. 2016-cı ildə BP və “SOCAR” arasında anlaşma memorandumu imzalanmalıydı, lakin o anlaşma imzalanmadı.

Operator olaraq, BP narahatlıqlarını və gözlənən böyük riskləri əsas gətirərək, təhvil-təslimin bir neçə il uzadılmasını təklif etdi. Əsaslandırmada qeyd edilirdi ki, ötürmə prosesi mürəkkəb olacaq, əməliyyatlarda fasilə yaranacaq və proses xeyli xərc bahasına başa gələcək. “SOCAR” sadalanan məsələlərin imtinaya əsas vermədiyini, bu çətinliklərin öhdəsindən gələ biləcəklərini vurğulayaraq, texniki operatorluğa sahiblənmək hüququnda israr etdiyini açıqladı. Lakin israra baxmayaraq, “SOCAR”ın texniki operatorluğu BP-dən almaq istəyi həyata keçmədi. Ya həqiqətən “SOCAR” bu işin imkanına uyğun vəzifə olmadığını anlayıb geri çəkildi, ya da mübahisələrin içinə siyasi məsələlər girdi. Arada gündəmə “BP ölkədən gedir” şayiəsinin düşməsi də o mübahisələrin nəticəsi idi anlaşılan. Xülasə, nə oldusa şirkət birdən-birə sakitləşib yerində oturdu. Neft məsələləri üzrə ekspert İlham Şaban deyir ki, hazırda “SOCAR”ın CQBKG üzrə texniki operator olmaq məsələsi gündəmdə yoxdur.

O, “SOCAR”ın öz istəyindən geri çəkilməsi səbəbinin ixrac prosesindəki bir sıra mürəkkəb məsələlər və risklərlə bağlı ola biləcəyini deyir. Texniki operatorluq “SOCAR”a nə verəcəkdi? Şirkət bununla ilk növbədə xərclərə nəzarəti və boru kəməri üzərində söz sahibliyini götürmək istəyirdi. Amma olmadı. Nə zaman olacağı da dəqiq deyil. Layihənin vaxtı da xeyli uzanıb. Şahdənizin işlənməsi ilə bağlı işlər hələ 2048-ci ilə qədər çəkəcək…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ